Ana səhifə > Manşet / Üz səhifə / TGT > “Xocalı harayı”
“Xocalı harayı”22-02-2023, 15:19 |
![]() Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Xocalıya həsr olunmuş “Xocalı harayı” adlı tədbir keçirilmişdir.Həmkarlar İttifaqının sədri Sevinc Şərifova tədbiri açaraq bildirib ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin Xankəndində yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt silinməyəcək.Onun çıxışından sonra Dövlət Himni səsləndirilmiş,Xocalı qurbanları və qardaş Türkiyədə zəlzələ zamanı həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir. ![]() Tədbirdə “əsrin faciəsi”nin reallıqlarını əks etdirən videoçarx nümayiş olunmuş,Xocalıya həsr olunmuş şeirlər tələbələr tərəfindən səsləndirilmişdir.Həmçinin Kollecin kitabxana heyəti tərəfindən hazırlanmış səhnəcik göstərilmişdir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri |