Ana səhifə > Manşet / Üz səhifə / TGT > Qida Sənayesi Kollecində ağacəkmə aksiyası keçirilib

Qida Sənayesi Kollecində ağacəkmə aksiyası keçirilib


29-03-2023, 13:42

Bir ağac il ərzində atmosferə təxminən 120 kiloqram oksigen buraxır. Bu qədər oksigen üç nəfərdən ibarət bir ailənin bütün il boyu tənəffüsünə bəs edir. Deməli, 1 ağac əkəndə üç nəfərin oksigenlə təmin olunmasına səbəb oluruqsa, hər nəfərə bir ağac əkərək ekologiyamız üçün çox böyük töhfə vermiş olarıq.
Ümummilli lider Heydər Əliyevin də həssas yanaşdığı bir mövzu olan ağacəkmə məsələsi onun davamçısının da diqqətindən kənar qalmır.
Ölkə rəhbərliyinin yeni yaşıllıqların salınmasıilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac əkilməsinin təşviqi məqsədilə 29 mart 2023-cü il tarixində paytaxtın Nizami rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecininin həyətyanı sahəsində ağacəkmə və təmizlik-abadlıq aksiyası keçirilib.
Aksiyada kollecin direktoru Vilayət İsmayılov, tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva, Həmkarlar İttifaqının sədri Sevinc Şərifova, habelə müəllim kollektivi və tələbələr iştirak ediblər.
Kollecin direktoru Vilayət İsmayılov bildirib ki, yaşıllıqların salınmasını, bərpasını və genişləndirilməsini sürətləndirən tədbirlərin proqnozlaşdırılması və maliyyələşdirilməsi yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə istiqamətlərindən hesab olunur. Yaşıllıqların salınması, bərpası və genişləndirilməsi tədbirlərini həyata keçirmək məqsədi ilə beynəlxalq təşkilatlar və digər donorlar tərəfindən maliyyə vəsaitinin, qrantların və digər yardımların ayrılması dəstəklənir. Yaşıllıqların bərpası ilə bağlı müvafiq tədbirlər dövlət büdcəsindən maliyyələşən aidiyyəti qurumlar üçün nəzərdə tutulmuş vəsaitlər daxilində həyata keçirilir.
Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva deyib ki,  yaşıllıq insanda pozitiv ruh yaradır. İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivinin çoxluğu arzuediləndir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.  Azərbaycanda yaşıllıq zolaqlarının salınması prosesinə uzun illərdir ki, başlanıb. Lakin bir vaxtlar ölkədə yaşıllaşdırma işləri həyata keçirilsə də, yeni əkilən ağaclara qulluq çox aşağı səviyyədə idi. Amma son vaxtlar həm yaşıllıq massivləri artırılır, həm də ona qulluq yüksək səviyyədədir.
Təbiətin canlanması üçün atılan addımda aksiya iştirakçıları böyük həvəslə fəallıq nümayiş etdiriblər.

















Geri