Ana səhifə > Manşet / Üz səhifə / Xəbərlər > Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin rəhbər heyətində dəyişiklik olmuşdur

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin rəhbər heyətində dəyişiklik olmuşdur


15-06-2024, 11:04
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin rəhbər heyətində dəyişiklik olmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Gəray Musayev təqdimat üçün kollecə gəlmişdir. O çıxış edərək Vilayət İsmayılovun fəaliyyəti dövründə qazandığı uğurlara görə UNEC-in rektoru professor Ədalət Muradov tərəfindən Fəxri fərmanla təltif olunduğuna görə təbrik edərək ona gələcək həyatında, fəaliyyətində uğurlar arzu etmişdir.
O, çıxışında Qida Sənayesi Kollecinin ölkəmizdə bu sahə üzrə fəaliyyət göstərən ən önəmli kolleclərdən olduğunu vurğulamış, yeni direktor təyin olunan Sevinc Həmzəyeva Məhəmməd qızını kollektivə təqdim etmişdir. Daxildən olan təyinat sevinclə qarşılanmışdır. Kollektiv üzvləri də çıxış edərək Sevinc xanımın təyinatını uğurlu seçim olduğunu, birlikdə önəmli işlər görəcəklərini qeyd etmişlər.
Vilayət müəllimə təşəkkür edən kollektiv ona can sağlığı və işlərində uğurlar arzulamışlar.
Sevinc xanım da öz növbəsində ona göstərilən etimada görə UNEC-in rektoru hörmətli Ədalət Muradova, Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər xanım Səttarovaya təşəkkürünü bildirərək, ona doğma olan kollektivlə birlikdə böyük həvəslə çalışaraq Qida Sənayesi Kolleci olaraq yeni uğurlar əldə edəcəklərini söyləmişdir.
Əminik ki, yeni təyinat kollecimizin nüfuzunu qaldırmaq baxımından önəmli addım olacaqdır.

https://www.instagram.com/p/C8Oc0mSCOsg/?utm_source=ig_web_copy_link



Geri