Ana səhifə > Manşet / Üz səhifə / Xəbərlər > 16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində Bilik Gününə həsr olunmuş tədbir

16 Sentyabr ADİU-nun nəzdində Qida Sənayesi Kollecində Bilik Gününə həsr olunmuş tədbir


16-09-2024, 19:42
16 sentyabr
Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində Qida Sənayesi Kollecində Bilik Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir ilk olaraq dövlət himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Daha sonra çıxış edən Samirə Mehdiyeva kollecdə aparılan yenidənqurma işləri haqqında danışmış,maddi və mənəvi dəstəyi üçün kollecin direktoru Sevinc xanıma, onunla birlikdə yorulmadan çalışan kollec kollektivinə təşəkkür etmişdir.Tədbirdə kollecin direktoru Sevinc Həmzəyeva, Tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev və Qida texnologiyası-2 şöbəsinin müdiri Nəzakət Atakişiyeva və kollec əməkdaşı Firudin Orucov çıxış edərək, tələbə və kollektivə yeni tədris ilində uğurlar arzulamışlar.
Sonda HİK-nin sədri Samirə Mehdiyeva kollec adından bu il 9 illik qəbuldan ən çox bal toplayan tələbə İrfan Qurbanlı Faiq oğluna (214,5), 11 illik qəbuldan isə Yasmin Sardarmohammad Fazalrahim qızına (194,5) hədiyyə təqdim etmişdir.








Geri