Ana səhifə > Peşə təlimi və dizayn > pese telimi ve dizayn
pese telimi ve dizayn21-06-2017, 16:25 |
Atakişiyeva Nəzakət Mirzəhməd qızı – 1971-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmiş, 2010-cu ildə Azərbaycan Müəllimlər İnstitutunda Azərbaycan dili və ədəbiyyatı üzrə ixtisasartırma kursu keçmişdir. 1987 – 1992-ci illərdə Su Təsərrüfatı obyektlərinin istismarı və təmiri üzrə istehsalat birliyində əvvəlcə makinaçı, sonra teleatypist vəzifələrində çalışmışdır. 1992 – 1993-cü illərdə tikilməkdə olan Su Təsərrüfatı obyektlərində baş əməkdaşşünas olmuşdur. 1992 – 2000-ci illərdə Xəzərdənizneftdonanma idarəsində kadrlar üzrə mütəxəssis, mühəndis, proqramist və kadrlar şöbəsində müfəttiş kimi fəaliyyət göstərmişdir. 2000-ci ildən Bakı Yeyinti Sənayesi Texnikumunda əvvəlcə bir ay müddətində kadrlar üzrə mütəxəssis, daha sonra müəllim vəzifələrində işləmişdir. 2015-ci ildən şöbə müdiri vəzifəsində çalışır. 10.03.2006 – 02.05.2017-ci illər aralığında 0.5 ştatla BQŞK HİK sədri vəzifəsində fəaliyyət göstərmişdir. 2010-cu ildə Azərbaycan Respublikasının “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif olunmuşdur. Hal-hazırda UNEC-in nəzdində Qida Sənayesi Kollecində “Qida texnologiyası – 2” şöbəsinin müdiri vəzifəsində çalışır. Geri |