Ana səhifə > Üz səhifə / TGT > Bakı Qida Sənayesi Kollecində Ümummilli Liderimiz Heydər Əliyevin Xatirəsi Anıldı

Bakı Qida Sənayesi Kollecində Ümummilli Liderimiz Heydər Əliyevin Xatirəsi Anıldı


12-12-2017, 12:02












Ümummilli liderimiz, dövlət qurucusu Heydər Əliyevin qayıdışı kimi ölümü də bu millətin çağdaş tarixinə bilik rəmzi kimi düşdü. XX əsrin Azərbaycan gerçəkliyinə, bütövlükdə xalqımızın ictimai-siyasi, mənəvi-mədəniyyətini həyata bəxş etdiyi dünya şöhrətli siyasətçi, ümummilli lider Azərbaycan Respublikasının eks prezidenti Heydər Əliyev dekabrın 12-də ömrünün 80-cı ilində vəfat etdi. Heydər Əliyevin itkisi, tarixi çox-çox qədimdə gedən ulu Azərbaycan-türk xalqının böyük kədəri, faciəsi olmaqla bərabər nəhəng dünya siyasətinin əvəzolunmaz itkisi oldu.
İlk növbədə ona görə ki, Heydər Əliyevin dövlət quruculuğu siyasəti, onun idarəetmə strategiyası, siyasi xadim peşəkarlığı təkcə bir ölkənin inkişafı ilə şərtlənmiyib, bütün dünya xalqlarının faydalana biləcəyi bir siyasi məktəb kimi tanınırdı. Həm də bu məktəb möhtərəm Heydər Əliyevin uzun illəri əhatə edən rəhbərlik təcrübəsi ilə məhdudlaşmır. H.Əliyev siyasəti fəaliyyətində təcrübə ilə nəzəriyyəni, tarixi biliyi birləşdirmiş siyasi elm qədər yüksək dəyərləndirən bir analitik dövlət xadimi idi.
H.Əliyev siyasətinin ən əsas xüsusiyyətlərindən biri və ən mühüm - müdriklik ona öz dövlət quruculuğu ideyalarını uğurla həyata keçməkdə daim kömək etmiş rəhbərin əzmli addımlarına təkan verilmişdir.
Əskilərdən deyildiyi, böyük maarifçi Həsən Bəy Zərdabinin xüsusi olaraq vurğuladığı kimi, “Millətin millət olması üçün dil və din vacib şərtlərdir. Bunlardan birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə qeyri tayfala qarışar, minur ilə yox olar”.
Siyasi fəaliyyətin məqsədi Azərbaycan dövlətçiliyinin inkişaf etdirilməsi olan H.Əliyev təbii olaraq dil və din məsələsini diqqət mərkəzində saxlayır. Ən mühüm məsələ kimi həyata keçirir, hətta onun uğrunda mübarizə aparırdı.
Burada mərhum rəhbərin ana dilimizə bağlılığını, onun inkişafı üçün səylərini ifadə edən, həmçinin də xüsusi ilə bu gün nəsihət-vəsiyyət kimi səslənən və aforizm qədər əhəmiyyətli fikirlərini yada salmağı vacib bilirik: - “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”.
.......Bütün təhsil müəssisələri kimi Bakı Qida Sənayesi Kollecində də 12-dekabrda ulu öndər Heydər Əliyevin 14-cü il dönümü ilə əlaqədar anım günü qeyd edilmişdir.
Anım günündə Bakı Qida Sənayesi Kollecinin direktoru, professor Vilayət İsmayılov ulu öndərin həyat və yaradıcılığı haqqında geniş çıxış etmişdir. Sonra kollecin tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev. Tərbiyə işləri üzrə direktor müavini əvəzi Orxan Süleymanzadə, həmkarlar təşkilatının sədri Sevinc Şərifova və müəlim Firudin Oruc Heydər Əliyevin haqqında əsas sözlər deməklə yanaşı anım günündə bir dəqiqəlik sükutla yad edilmişdir.


Geri