Ana səhifə > Üz səhifə > .

.


14-03-2021, 15:25
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.Azərbaycan və Türkiyə arasında əlaqələrin belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Türkiyə ilə qardaşlıq və dostluq münasibətlərinin tarixi kökləri dərindir,belə ki,hələ Azərbaycanda Sovet Hakimiyyətinin qurulmasından sonra yenicə qurulmuş Türkiyə hökümətinin Sovet dövləti ilə münasibətlərin yaxınlaşmasında Azərbaycana rəhbərlik etmiş N.Nərimanovun 1921-ci il martın 23-də Mustafa Kamal Paşaya cavab məktubunda Türk ordusunun zəfərini təbrik etdikdən sonra ona səmimiyyətlə yazırdı: “Paşam, Türk millətində bir ənənə vardır, qardaş qardaşa borc verməz, qardaş qardaşın hər çətin durumunda əlindən tutar. Biz qardaş xalqıq, hər zaman və hər şərtlər altında bir-birimizin əlindən tutacağıq. Bu gün etdiklərimiz bir qardaşın qardaşına etdiklərindən başqa bir şey deyildir” .
Sovet Hakimiyyətinin süqutundan sonra Azərbaycanın hakimiyyət dəyişikliyindən və iqtisadi zəifliyindən istifadə edən Ermənistan havadarlarının köməyi ilə 1991-1993-cü illər arası Azərbaycanın 20% ərazisini işğal etmişdir. 30 ilə yaxın idi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında idi, Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində xüsusi fəallıq göstərib, bu məsələdə ölkəmizin ədalətli mövqeyinə tam dəstək vermişdir.
Müasir dövrdə regionda Iqtisadi və siyasi cəhətdən böyük nüfuza və söz sahibinə çevrilmiş hər iki ölkə arasında isti münasibətlər daha da dərinləşmiş qırılmaz zəncir kimi daha da möhkəmlənmişdir.
Ermənilərin daha da yeni torpaq iddiaları atıq səbr kasamızı daşdırdı.Arxamızda dayanan hegemon Türkiyə dövlətinin dəstəyi və ən əsası da vətənpərvər ruhunda böyüyən gənc nəslin şücaəti sayəsində biz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurduq.Müharibə dövründə Türkiyənin misilsiz dəstəyi müharibədən sonrakı dövrdə də davam etmişdir. Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması buna bariz sübutudu. Bu Mərkəzdə bizim regionda marağı olan digər dövlət də ola bilərdi. Bu mərkəzdə Türkiyənin yer alması dünyada nüfusunun yüksək olduğunu bariz göstəricisidir. qardaş bildiyi bir ölkəni dəstəkləmək amalı isə hər şeydən üstün idi.
Hal-hazırki vaxtda bu iki dövlətin münasibətlərinin ən yüksək səviyyə qaldıran həqiqətən sözün əsl mənasında mükəmməl lider Türkiyə Prezidenti Cənab Racib Tayyib Ərdoğanın və Türkiyə Cümhuriyyətinin Xarici İşlər Naziri Cənab Mövlut Çavuşoğlunun misilsiz dəstəklərinə görə həm öz adımdan həm də millətim adından sonsuz təşəkkür və minnətdarlığımı bildirirəm. Onların bizim millətimizə olan qardaşlıq və doğmalıq münasibətləri bizə bu qələbə sevincini yaşatdılar. Allah bütün dünya müsəlmanlarını və ən əsası da bütün türkləri qorusun. Türkün türkdən başqa dostu yoxdur!
(Ərazilərin bərpa olunması və Böyük Qayıdış ritorikası)
Bu gün dövlətimiz və xalqımız artıq müharibədən sonrakı dövrə köklənmişdir. Çox hörmətli Prezidentimiz İlham Əliyev həmişə öz mühasibələrində bəyan edirdi ki, ənənəvi infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir, ona görə əsas diqqət azad edilmiş torpaqlara olmalıdır. Prezident İlham Əliyev bir daha Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: «Bir sözlə, bizim planlarımız böyükdür. Müharibə üç aydan çox müddətdir ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam».
Bəli, indi Azərbaycanın əsas məqsədii Qarabağa qayıdışdır. İşğaldan azad olunmuş bütün şəhər və rayonlar yenidən qurulacaq, 30 ilə yaxındır ki, doğma yurd həsrəti ilə yaşayan məcburi köçkünlər doğma ellərinə dönəcəklər. Böyük Qayıdışı təmin edəcək layihələrin icrasına isə artıq başlanılıb. Söhbət işğaldan azad olunmuş ərazilərdə bütün istiqamətlər üzrə infrastrukturun yenidən qurulmasından gedir. Hələ ötən ilin oktyabr ayından Tərtər rayonunda Suqovuşana gedən yeni yolun çəkilişi başlanılıb və işlərin böyük qismi artıq yekunlaşıb. Çünki qayıdışın birinci addımı yoldur. Yol həm də inkişaf, yüksəliş və rifah deməkdir.
Başqa bir yol isə Göygöl rayonunu Toğanalı kəndi istiqamətindən Kəlbəcərə çəkilir. Çətin təbii relyefi olan bu yol Laçın rayonuna qədər davam etdiriləcək. Eyni zamanda Prezident tərəfindən Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçın rayonuna qədər yolun çəkilşi ilə bağlı göstəriş verilib və bu istiqamətlərdə hazırlıq işləri başlayıb. Bununla da iki tərəfdən, - həm şimaldan, həm cənubdan Laçın və Kəlbəcər rayonlarına aparan müasir yol-nəqliyyat infrastrukturu yaradılacaq.
Prezident İlham Əliyevin yol infrastrukturunun yaradılması ilə bağlı başqa bir göstərişi Füzulidən Şuşaya yeni avtomobil yolunun çəkilişi barədədir. Hələ noyabrın 16-da Füzuliyə səfəri zamanı Prezident İlham Əliyev layihə ilə tanış olmuş, bu gözəl hadisə münasibətilə xalqımızı təbrik etmişdi. Yanvarın 14-də isə Şuşaya səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Füzuli-Şuşa yolunun təməli qoyuldu.
İlham Əliyevin və Mehriban Əliyevanın Şuşaya səfəri zamanı Füzuli hava limanının da təməli qoyuldu. Ümumiyyətlə, Füzuli-Şuşa yolunun çəkilişi, işğaldan azad edilən ərazilərdə beynəlxalq aeroportlar da daxil olmaqla, nəqliyyat-kommunikasiya infrastrukturunun formalaşdırılması strateji əhəmiyyətlidir. Hava limanının uçuş-enmə zolağının istifadəyə verilməsi bu ilə planlaşdırılır. Hava limanı işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin reallaşdırılmasında, yüklərin bölgəyə daşınmasında əhəmiyyətli rola malik olacaq. Azad edilmiş torpaqlarda ikinci beynəlxalq hava limanı Kəlbəcər və ya Laçında inşa ediləcək.
Bu isə bir daha təsdiq etdi ki, işğaldan azad olunmuş ərazilərimiz sürətlə bərpa ediləcək, Qarabağa Böyük Qayıdış ən yüksək səviyyədə həyata keçiriləcək.
Onu da qeyd edim ki, bütün yaşayış məskənlərimiz nəinki yenidən qurulacaq, hətta işğaldan azad olunmuş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları reallaşdırılacaq. İlk “ağıllı kənd” layihəsi isə Zəngilan rayonunda həyata keçiriləcək.
Fevrlanı 14-də Prezidentin iştirakı ilə Füzili rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulması da mühüm hadisədir. Ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Çünki bu nəqliyyat infrastrukturu Azərbaycan vətəndaşlarının azad olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin yaranmasına böyük töhfə verəcək. Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkəsi yaradılacaq.

Bütün bunlar “Böyük qayıdış” proqramına uyğun həyata keçirilir. Cocuq Mərcanlıda yaradılan həyat bölgələrimizdə də olacaq. Dağlıq Qarabağın bütün ərazilərində həyat çiçəklənəcək. Nəhayət ki, insanların üzü güləcək.
(Azərbaycanın beynəlxalq aləmdə imici hər zaman müsbət olub)
Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti kimi bütün regional və beynəlxalq layihələrdə Azərbaycan hər zaman yer alıb. Azərbaycan neft-qaz,ticarət layihələrində öz sərvətlərinin həm təminatçısıdıdr.. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanmasından sonra dünyanın tanınmış neft şirkətləri Azərbaycanda neft sahəsinə sərmayələr qoydular. Bu gün dünyanın bütün siyasi və iqtisadi dairələri Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Bu baxımdan Qarabağa da sərmayələrin qoyulması xarici iqtisadi dairələr üçün yeni işgüzar fürsətlər olacaq. Təbii ki, bu istiqamətdə əsasən dost və qardaş dövlətlərin şirkətləri ilə əməkdaşlığa daha çox yer veriləcək. Azərbaycan bütün öhdəliklərini hər layihədə layiqincə yerinə yetirib.Əməkdaşlıq etdiyi ölkələr arasında etibar qazanaraq etibarlı tərəfdaşa çevrilmişdi.
Azərbaycan həm də bütün beynəlxalq təşkilatlarda ədalətin və sülhün tərəfdarı kimi çıxış edib. Beynəlxalq təşkilatlarda o cümlədən BMT –nın bütün iclaslarında səsvermə zamanı ədalətli qərarlar verib. Azərbaycanın haqq səsinə səs verən ölkələrə daim minnətdar olmuşuq.Azərbaycan həmişə təcavüzə uğrayan dövlətlərin yanında olub,onları dəstəkləyib. Onlar da Azərbaycanın haqlı mənafeyini müdafiə edərək dəstəkləmişdilər.
Artıq dövlətimiz suveren və güclü dövlət kimi ən əsası da Cənubi Qafqazda öz sözünü demiş bir dövlət kimi dünya miqyasında öz layiqli yerini tutub. Bu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bəhrəsi,bu siyasəti çox hörmətli prezident İlham Əliyev öz bacarığı və qətiyyəti ilə davam etdirir.
Azərbaycan etibarlı tərəfdaş kimi bütün neft-qaz layihələrdə öz mövqeyini nümayiş etdirib. Dünya,Avropa və qonşu dövlətləri üçün qaz ixrac edir,enerji layihələrini həyata keçirməklə həm özünü enerji ilə təmin edir hə də xarici dövlətlərə ixrac edir.
Azərbaycan hətta əraziləri işğal altında olduğu illərdə də etibarlı tərəfdaş, regionda sabitliyin əsas qarantı idi. İndi vəziyyət Azərbaycanın xeyrinə daha əlverişli, daha da cəlbedici olub. Bu baxımdan əsas vəzifələrdən biri hərəkətə keçmək və xarici investorları Azərbaycanın maraqları baxımından Qarabağa cəlb etməkdir.
-Azərbaycanın bütün məsələlərə öz baxışı,yanaşması var. Azərbaycanın mənafeyi və sözü hər kəsə bəllidir. Azərbaycan regionda heç bir layihələrdən kənar qala bilməz,bu hər kəsə bəllidir. Çünki artıq regionun lider dövlətinə çevrilmiş tək dövlətdir.Azərbaycan öz planı çərçivəsində bundan sonra da irəliləyəcək,daha çox uğurlar əldə edəcəkdir.
Bir sözlə Azərbaycan öz mənafeyinin qorunmasında həmişə qəti olub. Bu qətiyyətliliyimiz və birliyimiz bizi həmişə qüdrətli və lider səviyyəsinə qaldırıb.

(Qalib Ordu ritorikası)
44 gün davam edən Vətən müharibəsi nəinki ərazilərimizin azad edilməsinə, eyni zamanda, işğalçılığa son qoyulmasına, eləcə də 30 ilə yaxın davam edən münaqişənin həllinə gətirib çıxarıb. Bu baxımdan Azərbaycan xalqının bu qələbəsi fövqəladə tarixi əhəmiyyətə malikdir. Bunu təkcə dostlarımız deyil, hətta bizim uğurlarımıza qısqanclıqla yanaşanlar da etiraf edirlər.
Buna da tam haqqımız var. Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, Şanlı Ordumuzun qüdrəti və qəlbi Vətən eşqi ilə dolub-daşan hərbçilərin sayəsində Azərbaycan xalqı zəfər qazandı.
Tarixi Qələbəmizdən danışarkən bir sıra aspektləri, bir sıra mühüm amilləri nəzərdən qaçırmaq olmaz. Qələbəmizin tarixi əhəmiyyəti və xalqımızın taleyində böyük rolu bütün bu şanlı Zəfərin nəticələri bütün istiqamətlər üzrə təbii olaraq araşdırılacaq, təhlil ediləcək. Eyni zamanda, əminliklə qeyd etmək istəyirəm ki, bu Qələbə ölkəmizin gələcək inkişafına, daha da qüdrətlənməsinə, çiçəklənməsinə, vətəndaşlarımızın rifah halının daha da yüksəlməsinə də əvəzsiz töhfələr verəcəkdir.
Bütün haqsızlıqlara, ikili standartlarla yanaşmaya baxmayaraq, Vətən müharibəsinin ədalətli xarakteri danılmazdır. Çünki bütün beynəlxalq normalarda, hüquqi sənədlərdə Azərbaycan ərazilərinin işğal olunması və bu məsələnin respublikamızın ərazi bütövlüyü çərçivəsində həll edilməsi öz əksini tapıb. Lakin bu danışıqlar, sülh yolu ilə məsələ öz həllini tapmadığından xalq özü bu məsələnin həllinə nail olmalı idi. Düşmənin qeyri-konstruktiv, təxribatçı davranışları məsələnin hərbi yolla həllinin qaçılmaz olduğunu ön plana çəkirdi. Bu münaqişənin uzadılması, ədalətli şəkildə həllini tapmaması dözülməz və yol verilməz idi. Bu cür vəziyyətə biganə qala bilməyən dövlətimizin, ölkə başçısının, bu haqq savaşında bizə dəstək verənlərin və döyüşlərə yollananların yeganə amalı, arzusu da məhz tarixi ədalətin bərqərar olması və respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi idi. Qırx dörd günlük Vətən müharibəsində Zəfərimiz sözün həqiqi mənasında tarixi ədalətin bərpasıdır.
Həmçinin qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində maddi-sosial və texniki cəhətdən hərtərəfli təchiz olunan, ən müasir silahlarla silahlanmış, dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutan Azərbaycan Ordusu ərsəyə gəlib.Keyfiyyətli təşkil edilən, səmərəli keçirilən təlimlərdə təcrübə toplayan, peşəkarlığını yüksəldən müasir Ordu, döyüş əməliyyatlarının səriştəli, düzgün, eyni zamanda, hərbin bütün qanunlarına uyğun olaraq planlaşdırması qələbə qazanmasını səciyyələndirən faktorlardır. Məhz sadaladığımız bu müsbət xüsusiyyətlərin nəticəsi olaraq düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında məhv olub getdi. Vətən müharibəsinin ilk günlərindən taktiki üstünlüyü ələ alan Azərbaycan Ordusunun qəlbi vətən eşqi ilə döyünən şəxsi heyəti hər gün yaşayış məntəqələrimizi, strateji yüksəklikləri azad etməklə daha bir uğura, yeni qələbəyə imza atmaqla növbəti günlərdə düşmən üzərində tam üstünlüyə nail oldu. Bununla da şanlı Ordumuz Zəfər Gününün sevincini yaşamağı və haqq-ədalətin bərpasını bizlərə nəsib etdi.
Ancaq bu da danılmaz faktdır ki, Ordu nə qədər güclü, müasir, dəqiq və böyük dağıdıcı gücə malik silahlarla silahlansa da döyüş meydanında sön sözü deyən yenə də insan faktoru, döyüşə atılan insanların Vətən sevgisi və inandığı amal uğrunda gözünü qırpmadan canından keçməyə hazır olmasıdır. Bu mənada Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhval-ruhiyyəsidir. Sözün həqiqi mənasında döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının qanı və canı bahasına bu qələbənin əldə olunması qəlbimizi fərəhlə doldurdu.


Geri