Ana səhifə > Üz səhifə > .
.16-03-2021, 15:32 |
Ali Baş Komandan İlham Əliyev:”Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasəndadır. ” O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz. Bu ruhu daşıyanlar üçün Vətən sadəcə sözdən ibarət deyil! Vətən adı gələndə belələrini hər zaman qəribə bir hiss bürüyür, qəlblərinin dərinliklərində bir daha Vətənlə yaşadıqlarını, Vətənlə nəfəs aldıqlarını, Vətənlə var olduqlarını yenidən duyurlar! Nə fərəhli haldır ki, müasir Azərbaycan Ordusunun sıralarında indi minlərlə belə gənc xidmət edir. Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atılmağa hazırdırlar. Necə ki, bunu 44 gün ərzində düşmənin ordusunu darmadagın edərək sübuta yetirdilər. Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri damarlarında azərbaycanlı qanı axan hər bir şəxsin qürurunu necə oxşadısa, düşmənin bağrına da bir o qədər dəhşətli vahimə saldı. Yağı bir daha gördü ki, belə oğulları olan Azərbaycan onu istənilən an məhv etməyə qadirdir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin də bu fonda düşmənə mesajı yenə qəti və aydın oldu: "Biz bir daha gücümüzü göstərdik, xalqımızın birliyini göstərdik.Göstərdik ki heç bir qüvvə bizim yolumuzda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz –Azərbaycan əsgəri, Azərbaycan giziri ,Azərbaycan zabiti icra edib.Ona görə bu qələbənin birinci qəhrəmqnı Azərbaycan əsgəridir.” Şəhidlərimiz öz həyatı ilə, öz qəhrəmanlığı ilə düşmənə sübut etdilər ki, Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir". Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi olacağıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Vətən borcunu ödəməyi ən böyük amalı olaraq qəbul edir. Doğma torpağı uğrunda Mübariz, Fərid,Xudayar,Cəbrayıl kimi ölümün gözünə dik baxmağa, sevə-sevə şəhidlik zirvəsinə ucalmağa hazırdır. Müasir Azərbaycan Ordusunun sıralarında indi minlərlə belə gənc xidmət edir. Vətən qarşısında şərəflə, həvəslə, sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan uğrunda ölümə atılmağa hazırdırlar. Necə ki, bunu Vətən müharibəsində-44 gün ərzindəminlərlə Azərbaycan oğlu bir daha sübuta yetirdi. Onların nümayiş etdirdikləri vətənpərlik nümunələri damarlarında azərbaycanlı qanı axan hər bir şəxsin qürurunu necə oxşadısa, düşmənin bağrına da bir o qədər dəhşətli vahimə saldı. Yağı bir daha gördü ki, belə oğulları olan Azərbaycan onu istənilən an məhv etməyə qadirdir.. Azərbaycan xalqı, Azərbaycan gəncləri Vətən uğrunda canlarından keçməyə də hazırdırlar. Bu, böyük qəhrəmanlıq, hünər, vətənpərvərlik nümunəsidir". Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi olacağıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Geri |