Ana səhifə > Üz səhifə > 25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı

25 fevral tarixində Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı


13-04-2021, 23:27

Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin təmin edilməsi,onların rifah halının yüksədilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Bu istiqamətdə dövlətimizin böyük diqqət və qayğısı mövcuddur. 2021-ci ilin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması bunun ən gözəl nümunəsidir.Doqquzmərtəbəli 30 bina daxil olmaqla 1512 mənzildəın ibarət kompleksdə bütün vacib və zəruri şərait yaradılıb. Bu binaların hamısı müasir standartlarda və yüksək keyfiyyətlə tikilib.

Dövləıtimizin başçısı bu kimi tədbirləri ardıcıl olaraq həyata keçirməkdə davam edir. Əlillərin müalicəsi üçün verdiyi tapşırıqlar yerindəcə həll edilir. Bu tapşırıqlar və sərəncamlar vaxt itirilmədən dövlət strukturları tərəfindən icra edilir,çünki hər kəs bu kimi işlərin icrasını öz vətəndaşlıq vəzifə borcu hesab edir.


Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq Fərman və sərəncamlara əsasən, onlara ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların müalicəsi, pulsuz istirahət, müvafiq bədən üzvlərinin əvəz edə biləcək protezlərin ölkəyə gətirilib ehtiyacı olan əlillərə verilməsi işini həyata keçirib. Vətənimizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar sağlamlığını itirmiş şəxslərə və şəhid ailələrinə olan bu qayğı bir daha təsdiqləyir ki,dövlətimizin sosial siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı, xüsusilə, torpaqlarımızın işğalçılardan azad olunmasında iştirak edən insanlar və onların ailələri dayanır.


Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışı


2021-ci il martın 5 –də keçirilən YAP-ın VII qurultayı əvvəlki illərdə keçirilən qurultaylarla müqayisədə daha fərqli və daha özəl idi. Özəlliyi isə prezidentin bu qururltayda qalib bir ölkənin cəmiyyətə ünvanlanmış qürurverici mesajları oldu. Bu mesajlar isə əzəli və əbədi torpaqlarımız olan Qarabağda gözəl gələcəyin qurulması ilə bağlı idi.Prezidentin bu qurultaydakı çıxışı insanların gələcəyə nikbin baxmasına daha da zəmin yaratdı.Qarşıya qoyulan məqsəd və hədəflərimizin başında işğaldan azad olunmuş torpaqlarda gözəl həyatın qurulması durur. Bu hədəflərə çatmaq isə birliyimizin sarsılmaz və qırılmaz zənciri olaraq bağlılığımızda əsas rol oynayır. Tarix boyu çox çətin keşməkeşli sınaqlardan keçmişik, buna baxmayaraq sınmamışıq. Bizi həmişə var edən bizim birliyimiz ,dövlətin varlığını özünün varlığından üstün tutan igidlərimizin, vətənpərvərlərimizin birliyi olub.

Bu il cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ilidir. 21 noyabr 1992-ci il ictimai siyasi və fikir tariximizin ən əlamətdar və unudulmaz təqvimlərindən biridir. Ölkəmizdə ictimai –siyasi sabitliyin gərgin olduğu,anarxiya və hərc-mərcliyin tüğyan etdiyi həmin tarixdə Ulu Öndər Heydər Əliyevin banisi olduğu ,xalqın inandığı və güvəndiyi bir siyasi partiya: Yeni Azərbaycan Partiyası yarandı.

2021-ci il mart ayının 5 də Yeni Azərbaycan Partiyasının VII qurultayı yeni yaranmış bir vəziyyətdə keçirilmişdir. Bir ölkə kimi Cənubi Qafqaz regionunda yaratmış olduğumuz yeni vəziyyət bölgəmizə yenilik gətirdi: bir sözlə, aparıcı dövlət statusumuzu daha da möhkəmləndirdi. Bizim uğurlu enerji və nəqliyyat layihələrimiz ona əsas verdi ki, 44 günlük müharibənin qalib ölkəsi kimi həm də etibarlı ölkə statusunu qazanaq. II Qarabağ müharibəsindən sonra yeni əməkdaşlıq imkanları yaranmışdır.

Qurultayda gündəliyə çıxarılan məsələlər içərisində partiyanın yeni Nizamnaməsinin təsdiq edilməsi, partiyanın İdarə Heyətinin , partiyanın Təftiş Komissiyasının , partiyanın Veteranlar Şurasının seçilməsi və beşincisi, bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciət məsələləri müzakirə olunmuşdur.Bu məsələlər yekdilliklə səs çoxluğu ilə təsdiq edilmişdir.

Bir sözlə, YAP-ın VII qurultayı ölkəmizin siyasi həyatında önəmli hadisədir. Bu partiya həm Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Partiya bundan sonrakı fəaliyyətində daha da fəal olacaq,qarşıda duran vəzifələri daha fəal icra edəcəkdir. Partiyanı özünə yaxın bilən partiyaların YAP-a qoşulması çox əlamətdar bir hadisədir. Bu ondan irəli gəlir ki,YAP-ın yürütdüyü uğurlu siyasət və siyasətdəki nəaliyyətlər həmin bu partiyalar üçün ümumimilli xarakter daşıyır.

Geri