Ana səhifə > Üz səhifə / TGT > Dünya şöhrətli Azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir.

Dünya şöhrətli Azərbaycanlı alim Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir.


1-06-2021, 21:18
 2021-ci ilin fevral ayında dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 illiyi tamam olur. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində  Qida Sənayesi Kollecində böyükdünya şöhrətli azərbaycanlı alim  Lütfi Zadənin anadan olmasının 100 illiyinə  həsr olunmuş geniş tədbir keçirildi.Kollecin direktoru fəlsəfə elmlər doktoru professor Vilayət İsmayılov tədbiri açaraq dünya şöhrətli azərbaycanlı alim  Lütfi  Zadənin həyat və yaradiciliğından danışdı və qeyd etdi ki, Lütfi Zadəyə dünyada şöhrət qazandıran və bu gün istehsalatda geniş tətbiq edilən, eyni zamanda, dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq  nəzəriyyəsidir. Tədbirimizdə qonaq qismində  fəlsəfə elmlər doktoru Əziz Məmmədov, Azərbaycan Dövlət İqtisad Universiteti rektorunun  kolleclər üzrə müşaviri Nuru Mikaylov, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial İqtisad Kollecinin direktoru Vidadi Orucov,  tərbiyə işləri  üzrə  direktor  müavini Zaur Vəliyev, qeydiyyat monitorinq şöbəsinin  müdiri Xanım Məmmədova  , Dokuz Eylül Universiteti kompüter Elmləri Bölümü Qurucu Başkanı,  professor Efendi Nəsiboğlu , kollecimizin müəllim və tələbələri iştirak etdilər. Tədbirdə iştirak edən  fəlsəfə elmlər doktoru Əziz Məmmədov Lütfi  Zadənin  Qeyri -səlis məntiqi  nəzəriyyəsi haqqında geniş məlumat verdi, həmçinin Nuru Mikaylov, Vidadi Orucov  və professor Efendi Nəsiboğlu Lütfi Zadənin həyat və yaradıcılığı haqqında  çıxış etdilər. Lütfi Zadə ilə dəfələrlə görüşmüş məhşur azərbaycanlı  professor Efendi Nəsiboğlu öz çıxışında Fillandiya ,Almaniya ,Turkiyə və başqa dövlətlərdə elmi konfranslarda məşhur alimlə istirak etdiyini,məsləhətlər aldığını və hər görüşündə yüksək səviyyədə məmnun qaldığını xüsusi ilə vurğuladı.
      Kollecin müəllimləri :Sadıqova Tamella,Sadıqova Aidə,Məmmədova İradə ,Abdullayeva Leyla , Eldarova Ülviyyə ,Yunusova Solmaz çıxış etdilər.
Sadıqova Tamella müəllimə  Lütfi Zadənin həyatı haqqında danışdı və qeyd etdi kı, Lütfi Zadə 1921-ci ilin 4 fevral tarixində Bakının Novxanı kəndində, Rəhim Ələsgərzadə (1895-1980) və yəhudi əsilli rus uşaq həkimi olan Feyqa (Fanya) Moiseyevna Koremanın (1897-1974) ailəsində dünyaya gəlib. O 10 yaşında ikən ailəsi ilə birlikdə Bakını tərk edərək Tehrana köçüb, 1947-ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı. Lütfi Zadə 6 sentyabr 2017-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerli vaxt ilə səhər saat 7:30-da 96 yaşında dünyasını dəyişmişdir. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət etmişdir.Lütfi Zadənin abidəsi  heykəltəraş,xalq rəssamı,akademik Ömər Eldarovun yaratdığı sənət əsəridir.
        Daha  sonra prezident İlham Əliyevin  alim  Lütfi Zadənin vida mərasimində iştirakı ilə bağlı  Video çarxa baxıldı.
 Kollecin  informatika  müəllimi Sadıqova Aidə    Lütfi Zadənin  fəaliyyəti haqqında danışaraq bildirdi ki,adı dünya elminin nəhəngləri ilə bir sırada  çəkilən Lütfi Zadənin də elmə bəxş etdiyi
töhfələrin vətəni yoxdur ,alimin isə vətəni Azərbaycandır.Dünyaya tanınmış ədiblər ,bəstəkarlar,
rəssamlar və ən nəhayət  dahilər bəxş etmiş Azərbaycandır ! sözlərini qeyd etdi.
        Kollecin informatika  müəllimi- Məmmədova İradə Lütfi Zadənin “Qeyri-səlis çoxluqlar nəzəriyyəsinin “mahiyyətin haqqında fikirlərini bildirdi və  professorumuzun Azərbaycan haqqında  fikirlərini dinləmək üşün  Video çarxa baxıldi.
Kollecin riyaziyyat müəlliməsi Abdullayeva Leyla Lütfi Zadənin riyazi nəzəriyyələrinin insan təfəkkürünü modelləşdirilməsində əhəmiyyəti haqqında  çıxış edərək bildirdi ki,hüdudsuzluğun riyaziyyatını yaratmıs dahi alim Əl-Xorəzm cəbri ilə yanaşı, mənsubiyyət funksiyası olan bir funksiyanın möcüzəsi ilə qeyri - səlis cəbr  Zadə cəbri meydana gətirən Lütfi Zadə imkanlar nəsəriyyəsini ,qeyri – səlis çoxluqları elmə daxil edərək bəşəriyyətin təkamülü prosesinə böyük təkan vermişdir.
         Kollecin  Fizika   müəllimi Ülviyyə Eldarova   dünya  şöhrətli alim, “Qeyri – Səlis  Məntiqin  Atası”  Lütfi Zadənin illər ərzində yaradıcılıq  fəaliyyətində məhsuldar  tədqiqata  görə  qazandığı  milli və  beynəlxalq mükafatları  və medalları haqqında  çıxış etmişdir. Lütfi Zadə  25  ölkədə  fəaliyyət  göstərən akademiyaların fəxri doktoru  adına layiq  görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham Əliyevin 7 fevral 2011 – ci il tarixli sərəncamı  ilə Lütfi Zadə elm və texnologiyaların inkişafında, mədəniyyətlərarası dialoqun qurulmasında xidmətlərinə  görə “Dostluq” ordeni ilə təltif  olunmuşdur. Çıxışında  böyük alim , professor ,yaxın dostu Rafiq Əliyevi  özünün elmi  varisi  elan etmiş və  elmi  külliyatını  Rafiq  Əliyevə, eyni zamanda  kitablarını, əsərlərini Şahnaz  Şahbazovaya bağışlandığını çıxışında vurğuladı.
      Kollecin informatika müəllimi Yunusova Solmaz- Lütfi Zadənin tarixə düşən 10 sözü haqqında danısdı  “Qeyri-səlis məntiq”adı ilə məhşur eimi konsepsiyasini təqdim edərkən dediyi 10 söz haqqında video rolik hazirlamış və Lütfi zadənin fəaliyyətləri haqqında danışdı.
Müəllimlər və tələbələr I  Fəxri xiyabanda Lütfi Zadənin qəbrini ziyarət  etmiş və görkəmli alim barəsində video çarx hazırlanmışlar . Tədbirdə Bakı sakinləri professor Lütfi Zadəni necə tanıyırlar video çarxına  baxıldı.Sonra kollecın tələbələrı SG-020 qurupundan Mərdanli Nəcibə , Məmmədova Zeynəb ,Bağırova Yeganə,ƏE-119 qurupundan Bayramlı Sevda ,MT-020 qurupundan İsmayılova Gülay (video çarx hazırlamış),ƏQ-020 İsmayılova Kəminə ,MK-020 Alxaslı Firəngiz,ƏS -020 Hüseynova Şükran və Əliyev Sənan professor Lütfi Zadə haqqında danışdılar.
        Kollecin tədris işləri üzrə direktor müavini  Teymuraz Əfəndiyev sonda çıxış edərək  tədbirin ərsəyə gəlməsində xüsusi fəallıq göstərdiklərinə görə kollecin tədris hissə müdiri Haciyeva Samirəyə, müəllimlərimiz A.Sadıqova, İ.Məmmədova, T.Sadıqova , S.Yunusova, Ü.Eldarova, L.Abdullayevaya  , tələbələrə , bütün rəhbər işçilərimizə və Lütvi Zadə haqqında öz dəyərli  fikirlərini bizimlə bölüşən dəyərli qonaqlarımıza dərin təşəkürünü bildirərək tədbiri bağlı elan etdi.






[video]
Geri