Ana səhifə > Üz səhifə / Xəbərlər / TGT > Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Zəfər Gününün il dönümünə həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində Zəfər Gününün il dönümünə həsr olunmuş tədbir keçirilib.


8-11-2021, 21:27

Azərbaycan Dövlət İqtisad Universitetinin  nəzdində  Qida  Sənayesi  Kollecində Zəfər Gününün il dönümünə həsr olunmuş tədbir keçirilib. Qrup rəhbərləri tələbələrlə  birlikdə and yerimiz olan Şəhidlər Xiyabanını və Qənimətlər parkını ziyarət ediblər. Tədbirdə kollec   rəhbərliyi, şəhid valideynləri, qazilər, müəllim heyəti və tələbələr iştirak edib. Dövləthimni ilə açılış edildikdən sonra tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev tədbiriştirakçılarını  salamlayıb. Şəhid  valideynlərinə  gəldikləri üçün minnətdarlıq  edib.
Direktor müavini qeyd edib ki, ötən il 27 Sentyabrda başlayan, işğal altındakı ərazilərimizin azad  edilməsi ilənəticələnən  Vətən Müharibəsi  tariximizin ən parlaq  səhifəsinəçevrilmişdir. Daha sonra  şöbə  müdirləri Məmmədova Sevinc və Ağayeva Aytən kollecimizin  şəhid  tələbələriXudayev Yaşar, Kərimli Məhəmməd və Qocayev Günəşin  şəkillərihəkk olunmuş  xalçaları  valideynlərinə  təqdim ediblər. Tədbirdə qrup rəhbərləri Eldarova Ülviyyə, Hacıyeva Gülnar, Əliyeva Sona, Vəliyeva Zemfira, Hacıyeva Aygün çıxış etdilər.
Eyni zamanda ƏMB 021, İME 021, QMT 021, MT 021, MT 021R saylı qrup tələbələrinin şəhidlər, qazilər və veteranlar haqqında hazırladığı videoçarxlar, slaydlar nümayiş etdirilib, Qarabağa  həsr olunmuş musiqilər  səsləndirilib. Tələbələrin əl işlərindən  ibarət sərgiyə baxış keçirilib.












































Geri