Ana səhifə > Üz səhifə / TGT > ƏSRİN FACİƏSİ / XOCALI SOYQIRIMI
ƏSRİN FACİƏSİ / XOCALI SOYQIRIMI24-02-2022, 16:46 |
Bu gün UNEC-in nəzdində Qida Sənayesi Kollecində Həmkarlar İttifaqının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözu ilə açan kollecin direktoru Vilayət İsmayılov Xocalı faciəsindən danışaraq qeyd etmişdir ki, Xocalı faciəsi əsrin ən dəhşətli faciələrindən birisidir. Bu gecənin dəhşəti, insanların gülləbaran edilməsi, günahsız insanların öldürülməsi yaddaşlarda silinməyən izlər qoymuşdur. Sonra çıxış edənlər də Xocalı faciəsindən ürək ağrısı ilə danışdılar. Onlar da öz çıxışlarında Xocalı faciəsini Azərbaycan millətinə xalqına qarşı yönəldilmiş soyqırımı olduğunu nəzərə çatdırdılar. Sonra tələbələrin ifasında Xocalı faciəsinə həsr olunmuş əbədi bədii kompozisiya təqdim olunmuşdur. Geri |