Ana səhifə > Üz səhifə / Xəbərlər / TGT > 12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü

12 dekabr, ulu öndər Heydər Əliyevin anım günü


12-12-2022, 18:27
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi kollecində 12 dekabr xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günü ilə aqədar olaraq tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. İlk olaraq kollecin Həmkarlar İttifaqının sədri Sevinc Şərifova çıxış edərək bəşər tarixində hər hansı bir vətəndaşın öz dövlətinin timsalına çevrilməsinin nadir hadisə olduğunu, yaxın tariximizdə belə zirvəyə yüksələn dahi şəxsiyyətlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevin olduğunu söyləmişdir.
Kollecin direktoru Vilayət İsmayılov öz çıxışında Ulu öndərin fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərdiyini qeyd etmişdir. Tədbirdə iştirak edən Hacı Zaməddin Ziyadoğlu da ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişinin Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratmış olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən Tərbiyə işləri üzrə direktor müavini Sevinc Həmzəyeva anım günü tədbirində böyük tarixi şəxsiyyət Heydər Əliyevin hər zaman elm və təhsilə böyük önəm verməsini, Azərbaycan elm və təhsili onun xüsusi diqqət və qayğısı ilə əhatə olunmasını söyləmişdir. “Təhsil millətin gələcəyidir”- deyən Heydər Əliyev BDU-nun məzunu olmağı ilə fəxr etdiyini dəfələrlə vurğulamışdır. Çıxış edən kollecin Tarix müəllimi Ruhəngiz Fətəliyeva dünya tarixində şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rolu olduğunu söyləmiş və bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri olduğunu vurğulamışdır.
Sonda çıxış edən kollecin Fiziki tərbiyə müəllimi Akif Kərimli Heydər Əliyevin Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olduğunu söyləmişdir.
Tədbirin bədii hissəsində ulu öndərə həsr olunmuş şeirlər səsləndirilmiş, gənc nəslin sevgi və ehtiramı sətirlərdə öz əksini tapmışdır. Yaddaşlara həkk olunan “Xilaskar atamız”, “Bir el sevindi”, “Ulu bir öndər”, “Axtarır səni”, “Səmimi Heydər Əliyev”, “Heydər atamız”, “Heydər baba” adlı dərin mənalı şeirləri səsləndirilmiş, “Xalqım Heydər deyəcək” adlı mahnı ifa olunmuşdur.
Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan xalqının öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz rəhbərimiz olan Heydər Əliyevi qürurla yad etdik. Qədirbilən xalqımız ümummilli lider Heydər Əliyevin əziz xatirəsini daim yüksək tutur, onun müqəddəs ruhu qarşısında baş əyir və uca Yaradandan unudulmaz öndərinə qəni-qəni rəhmət diləyir!


  


Geri