Ana səhifə > Üz səhifə / TGT > 20 Yanvar faciəsi

20 Yanvar faciəsi


19-01-2023, 16:56
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 20 yanvar faciəsi ilə əlaqədar olaraq tədbir keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. İlk olaraq kollecin Həmkarlar İttifaqının sədri Sevinc Şərifova çıxış etmiş, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlamasından danışaraq, faciə zamanı 137 insanın öldürüldüyünü, 744 adamın ağır xəsarət aldığını, 841 nəfərin isə qanunsuz olaraq həbs edildiyini qeyd etmişdir.

         Daha sonra çıxış edən kollecin direktoru Vilayət İsmayılov        böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdiyini vurğulamışdır.

         Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.


        Tədbirin bədii hissəsində tələbələrin istedadları nümayiş olunmuş, şəhidlərə həsr olunmuş şeirlər, məlumatlar səsləndirilmiş, qanlı gecəni əks etdirən video görüntülər nümayiş etdirilmişdir.
        Allah bütün şəhidlərimizə rəhmət etsin!





Geri