Ana səhifə > Üz səhifə / TGT > 20 Yanvar faciə qurbanlarının əziz xatiəsinə həsr edilmiş açıq dərs

20 Yanvar faciə qurbanlarının əziz xatiəsinə həsr edilmiş açıq dərs


19-01-2024, 10:55
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində 20 yanvar faciəsi ilə əlaqədar olaraq kollecin fənn müəllimi İlahə Mahmudova MT 223 (qiyabi) saylı qrupdakı dərs saatını faciə qurbanlarının əziz xatiəsinə həsr etmişdir. İlk olaraq şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və daha sonra faciənin dəhşətlərini əks etdirən slayd nümayiş olunmuşdur. Qızıl ordu, Bakının qana bürünmüş küçələri və günahsız qurbanlar haqqında danışan müəllim gənclərimizin qan yaddaşımız olan 20 Yanvar gecəsi haqqındakı tarixi həqiqətləri bilməli və unutmamalı olduqlarını vurğulamışdır.





Geri