Ana səhifə > Üz səhifə / TGT > İqlim dəyişikliyi və COP 29 ilə bağlı maarifləndirmə adı altında "COP29 və Azərbaycan üçün yaşıl baxış" və "İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri"

İqlim dəyişikliyi və COP 29 ilə bağlı maarifləndirmə adı altında "COP29 və Azərbaycan üçün yaşıl baxış" və "İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri"


26-04-2024, 14:56
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci tərəfindən ekoloji maarifləndirmə və təşviqat xarakterli tədbirlər keçirilmişdir.
Bu tədbirlərdən biri də 26 aprel 2024-cü il tarixində kollecin “Kimya, biologiya, ekologiya və sanitar-gigiyena“ fənn birləşmə sədri Günay Seyidovanın “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” və  “COP29 və Azərbaycan üçün yaşıl baxış”mövzusunda təqdimatı olmuşdur.
Təqdimatda iştirakçılara bu ilin noyabr ayında Azərbaycanda dünyanın ən mötəbər tədbirlərindən biri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 və onun əhəmiyyəti barədə məlumat verilib.
Diqqətə çatdırıb ki, COP (Conference of the Parties; Tərəflərin Konfransı) 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qurumdur. COP-un missiyası konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir. Bu tələblər əsasən qlobal istiləşmə tempini səngitmək, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək olmaq və 2050-ci ilə qədər sıfır emissiya nail olmaqdır.
Daha sonra iqlim dəyişikliyinin artıq planetimizdə canlıların mövcudluğuna, insan sağlamlığına və əmək fəaliyyətinə ciddi təsir göstərdiyi qeyd olunub. “Bu problem artdıqca, bütün dünyada əmək fəaliyyəti həddindən artıq istillər, ultrabənövşəyi radiasiya, ekstremal hava hadisələri, havanın çirklənməsi, vektorla ötürülən xəstəliklər və aqrokimyəvi maddələr kimi təhlükələrə məruz qalma riski ilə müşayiət olunur. Xərçəng, ürək-damar, tənəffüs yolları xəstəlikləri və psixi sağlamlıq pozuntuları da daxil olmaqla, çoxsaylı sağlamlıq problemləri iqlim dəyişikliyi ilə əlaqələndirilir”, -deyə təqdimat müəllifi vurğulayıb.
BMT qeyd edib ki, təhlükəsiz və sağlam iş şəraitinin əsas prinsipini təşviq etmək, əmək hüququna hörmət etmək və onu həyata keçirmək, eyni zamanda, iş yerində iqlim dəyişikliyinin təhlükəli təsirlərini aradan qaldırmaq deməkdir. Əməyin mühafizəsi və sağlamlığının iqlim siyasətlərinə daxil edilməsi və iqlimlə bağlı problemlərin bu sahəyə inteqrasiyası çox vacibdir. İqlim təhlükələri inkişaf etdikcə, qanunvericiliyin yenidən qiymətləndirilməsi və ya yeni qaydalar tələb oluna bilər.
Bu təqdimatda iqlim dəyişikliyinin işçilərə təsiri ilə bağlı həyəcanverici yeni məlumatlar açıqlanıb.
Təqdimatda qlobal miqyasda istehsalatda bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınmasının vacibliyi vurğulanıb. Bu, beynəlxalq diqqəti problemin miqyasına, həmçinin hökumətlərin təhlükəsizlik və sağlamlıq mədəniyyətinin təşviqi və yaradılmasının əməklə bağlı ölüm və xəsarətlərin sayının
Azaldılmasına necə kömək edə biləcəyinə yönəlmiş maarifləndirmə kampaniyasının bir hissəsidir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva təqdimat hazırlayan müəllimə komitə tərəfindən hədiyyə təqdim edərək hazırladığı təqdimata görə təşəkkürünü bildirmişdir.









































































































Geri