Ana səhifə > Üz səhifə / TGT > Ekoloji riskin qiymətləndirilməsi. İşğal altında olmuş torpaqlarda törədilmiş ekoloji terror
Ekoloji riskin qiymətləndirilməsi. İşğal altında olmuş torpaqlarda törədilmiş ekoloji terror7-05-2024, 15:09 |
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci tərəfindən ekoloji maarifləndirmə və təşviqat xarakterli tədbirlər keçirilmişdir. Bu tədbirlərdən biri də 7 may 2024-cü il tarixində kollecin “Kimya, biologiya, ekologiya və sanitar-gigiyena“ fənn birləşmə müəllimi Gültən Aslanlının “İqlim dəyişkənliyi və COP29” maarifləndirmə adı altında “İşğaldan azad olunmuş torpqalarda törədilmiş ekoloji terror” adlı konfrans keçirilmişdir. Konfransda çıxış edən Gültən Aslanlı “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Əsas məsələlərdən biri azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsindən danışmışdır. 30 il ərzində torpaqlarımızda, meşələrimizdə, Milli Park və Qoruqlarımızda düşmən əsl vandallıq aktları törətmişdir. Bəsitçay və Qaragöl Dövlət Qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri işğalçı ordunun tapdağına məruz qalaraq məhv edilməsini ürək ağrısı ilə qeyd edən müəllim Ermənistanın son 30 ilə yaxın müddətdə işğal edilən ərazilərin təbii sərvətlərinə və ətraf təbii mühitinə bərpası mümkün olmayan külli miqdarda ziyan vurması göz qabağında olduğunu vurğulamışdır. Konfrans bu gün torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqda olduğunu söyləyərək Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpildiyi xəbəri ilə konfransı yekunlaşdırmışdır. Konfransın sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva həssas mövzuya toxunulduğunu və konfransın gözəl təşkil olunduğu üçün Gültən müəllimə təşəkkür etmiş və komitə adından hədiyyə təqdim etmişdir. Geri |