Ana səhifə > Üz səhifə / TGT > Azərbaycanda COP 29a sədirliyi qlobal cənub və şimal arasında körpüdür adlı tədbir

Azərbaycanda COP 29a sədirliyi qlobal cənub və şimal arasında körpüdür adlı tədbir


15-05-2024, 14:19
 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması və COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci tərəfindən ekoloji maarifləndirmə və təşviqat xarakterli tədbirlər keçirilmişdir.
Bu tədbirlərdən biri də 15 may 2024-cü il tarixində kollecin “Kimya, biologiya, ekologiya və sanitar-gigiyena“ fənn birləşmə müəllimi Aygün Hacıyeva  “Azərbaycanın COP 29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı dəyirmi masa keçirmişdir.
      İlk öncə COP barəsində qısaca məlumat verən müəllim Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış saziş olduğunu qeyd etmişdir. COP (Partiyaların Konfransı) abreviaturası Tərəflərin Konfransı mənasını verir. Tərəflərin Konfransı İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının həyata keçirilməsinə nəzarət edən ali qanunverici orqandır. Konvensiyanın iştirakçısı olan 198 ölkə var. Konfrans hər il keçirilir. İlk tədbiri 1995-ci ilin martında Almaniyanın Berlin şəhərində baş tutdu.
    Elektrik enerjisinə artan tələbatın Avropa və Yaxın Şərqdə enerji bazarını pozan münaqişələrə səbəb olduğundan da danışılmış, Azərbaycanın alternativ enerji mənbələrinə çıxış yollarının genişləndirilməsi, onun iqtisadi və siyasi gücünü artıracağından da danışılmışdır.
Dəyirmi masanınsonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva COP29la bağlı maraqlı məlumatlar la zəngin dəyirmi masa təşkil edən Aygün müəllimə təşəkkür etmiş və komitə adından hədiyyə təqdim etmişdir.




Geri