Ana səhifə > Üz səhifə / TGT > Azərbaycan dili Ədəbiyyat müəllimi Mehdiyeva Samirə və KS-023 saylı qrup tələbələrinin “Məhəmməd Füzuli -530 Şeir dünyamız” adlı tədbiri

Azərbaycan dili Ədəbiyyat müəllimi Mehdiyeva Samirə və KS-023 saylı qrup tələbələrinin “Məhəmməd Füzuli -530 Şeir dünyamız” adlı tədbiri


8-05-2024, 10:43
8 may 2024-cü il tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində  kollecin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Samirə Mehdiyevanın KS 023 saylı qrup tələbələri ilə birlikdə hazırladığı “Məhəmməd Füzuli - 530 Şeir dünyamız” adlı tədbir keçirilmişdir.
Tədbirdə Məhəmməd Füzulinin həyat və yaradıcılığından danışılmış, tələbələr qəzəllər və şeirlər səsləndirməklə şeirə, qəzələ olan sevgilərini izləyənlərə çatdırmışlar.
            Nədir şeir?
Bəzən kədərli, bəzən sevincli, bəzən küləkli, bəzən günəşli olan həyat səhifələrimizin şairlərin qələmindən süzülüb gələn mizralarla bəzənməsidir şeir...
            Şeir ruhumuzun qidası, şeir hisslərimizin ən gözəl carçısıdır. Bir qələm, bir vərəq, bir də şairin iç dünyasıdıır şeir. Yaşananları sətirlərə köçürərək oxuyanın, dinləyənin valeh olmasıdır şeir.
            Hər zaman güllük, gülüstanlıq olmayan həyatın özüdür şeir. Zəif olduğunda yıxıldığın, güclü olduğunda qalib gəldiyindir şeir.  Yaşanmayanlara əfsus, yaşananlara şükürdür şeir. Aşiq  olmaq, cəfa çəkməkdir şeir. Bir tələbənin sonsuz arzularıdır şeir. Bir ana telinə sığal çəkmək, bir şəhid məzarına duadır şeir...












Geri