Ana səhifə > Üz səhifə / TGT > "Narkomaniyaya YOX! Deyək"

"Narkomaniyaya YOX! Deyək"


27-05-2024, 10:58
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə  və aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Narkomaniyaya YOX” adlı maarifləndirmə və təşviqat xarakterli tədbir keçirilmişdir.  Tədbirdə kollecin həkim-pedaqoqu İsgəndərova Leyla Narkotik maddələrdən ilk öncə tibbdə istifadə olunmağa başladığını qeyd etmişdir.  O,  Narkamaniyaya tibbi cəhətdən yanaşaraq mərkəzi sinir sisteminə spesifik təsir göstərən və tez bir zamanda asılılıq yaradan maddələrin orqanizmə zərərlərindən danışmışdır. Kollecin psixoloqi Bəsti Hacıyeva da öz çıxışında narkomaniya haqqında ilkin məlumat verərək Narkomanlığın - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlik olduğunu vurğulamışdır. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından  bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (lomka) gətirib çıxardığını da söyləyərək tədbirdə iştirak edən gənclərə öz tövsiyyələrini vermişdir.  Kimya müəllimi   Leyla Məmmədova da çıxış edərək Narkomanlığın insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biri olduğunu diqqətə çatdırmışdır. Daha sonra zərərli vərdişlərdən olan siqareti də qeyd edərək sağlam gənclik naminə bu cür zərərli vərdişlərdən uzaq olmağa çağırış etmişdir. Ümummilli liderimiz Heydər Əliyev də bu sahəyə xüsusi həssaslıqla yanaşaraq  "Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında" 1996-cı il 26 avqust tarixli Fərmanı və digər qanunlar, fərmanlar, normativ-hüquqi aktlar narkotiklərlə mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.  Tədbir Heydər Əliyevin 101 illiyinə həsr olunmuş marafon yarışlarına qoşularaq uğurlar qazanan tələbələrə mükafat təqdim olunaraq “Sağlam bədən-sağlam ruh” devizi ilə tamamlanmışdır.
Tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva gənclərin doğru yola istiqamətlənməsi üçün hazırlanan tədbirin yüksək səviyyədə təşkil olunduğu üçün  Leyla İsgəndərovaya, Bəsti Hacıyeva, Leyla Məmmədovaya təşəkkür etmiş və komitə adından hədiyyə təqdim etmişdir.












Geri