Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir.
Qida Sənayesi Kollecində “Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir.14-06-2024, 11:11 |
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Milli Qurtuluş Gün” münasibətilə tədbir keçirilmişdir. Tədbirdə çıxış edən kollecin Qida Texnologiyası 2 Şöbəsinin müdiri Nəzakət Atakişiyeva iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixi olduğunu söyləyərək, bu tarixi yaradanın Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyev olduğunu vurğulamışdır. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilməsindən, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atmasından danışmışdır. Daha sonra çıxış edən kollecin əməkdaşı Firudin Orucov Azərbaycana gələn hər bir şəxsin ölkəmizdə gedən inkişafa heyran qaldığını qeyd etmişdir. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək. Tələbələrin çıxışı ilə davam edən tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva çıxış edən müəllimlərə komitə adından hədiyyə təqdim etmiş, hazırladıqları tədbirə görə təşəkkürünü bildirmişdir. Geri |