Ana səhifə > Üz səhifə / TGT > 7 iyun Beynəlxalq Qida Təhlükəsizliyi günü

7 iyun Beynəlxalq Qida Təhlükəsizliyi günü


4-06-2024, 11:47
7 iyun Beynəlxalq Qida Təhlükəsizliyi günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində 4 iyun 2024-cü il tarixində “Əmtəəşünaslıq və ekspertiza” fənn birləşmə komissiyasının sədri Ramilə Bilalova tərəfindən dəyirmi masa keçirilmişdir. Dəyirmi masa  “Qida təhlükəsizliyi: gözlənilməz hallara hazır ol” şüarı üzərində qurulmuşdur. Həmin dəyirmi masada  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti və Azərbaycanda bu sahənin vəziyyəti haqqında iştirakçılara məlumat verilmişdir. Tələbələrin də aktiv olduğu dəyirmi masada maraqlı fikirlər müzakirə olundu. Müzakirənin sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva qida təhlükəsizliyi mövzusunda dəyirmi masa təşkil etdiyi üçün Ramilə müəlliməyə təşəkkür etmiş və komitə adından hədiyyə təqdim etmişdir.









Geri