Ana səhifə > Üz səhifə / TGT > "Turizm sənayesinin COP-29-a hazırlığı" adlı dəyirmi masa

"Turizm sənayesinin COP-29-a hazırlığı" adlı dəyirmi masa


8-07-2024, 13:33
2024-cü ilin COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci tərəfindən növbəti tədbir keçirilmişdir.  Dəyirmi masa“Kimya, biologiya, ekologiya və sanitar-gigiyena“ fənn birləşmə müəllimi Fərəh  Qurbanova və “Ümumi iqtisadiyyat və idarəetmə” fənn birləşmə müəllimi Xalidə Səlimova  tərəfindən təşkil edilmişdir.
Dəyirmi masada 11-22  noyabr  tarixlərində  Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası keçiriləcəyindən, bu iki həftə ərzində dünyanın mərkəzi olacaq Bakıda möhtəşəm tədbirə hazırlıq işlərini davam etdirildiyindən söhbət açan Fərəh müəllimə tədbirin əhəmiyyətindən danışmışdır. Daha sonra çıxış edən Xalidə müəllimə Turizm baxımdan COP-29 önəmindən danışmış, paytaxtımızın tədbirdə təqribən 70-80 min xarici qonağa ev sahibliyi edəcəyini vurğulamışdır. Daha sonra çıxışında qarşılanma,  yerləşdirmə, təmizliyin, hotelin ümumi vəziyyətinin yaxşı olması, peşəkar işçilər, “Wi-Fi”, 24 saat qəbul servisi, otaq servisi, hərəkət qabiliyyəti məhdud olan insanlar üçün əlçatanlıq və ən vacibi dayanıqlıq prinsipinə uyğun standartlar, su və enerjinin qənaətli istifadəsi, plastikdən olduqca az istifadə olunması önəmini də qeyd etmişdir.
“Bnetwork” (bnetwork.com) şirkəti COP29 qonaqlarının yerləşmə vasitələri ilə təmin edilməsi və hotellərlə əlaqə saxlayan məsul tərəfdaş təyin edilib.
   Azərbaycan Turizm Bürosundan isə bildirib ki, tələbatın təmin edilməsi məqsədilə ölkənin müxtəlif regionlarını özündə cəmləşdirən və ekoturizm (qoruqlar, milli parklar), təbiətdə istirahət, ekstremal idman növləri ilə tanışlıq təklif edən 16 yeni turizm marşrutu hazırlanır: “Bu marşrutlar bir çox COP29 iştirakçılarının konfrans həftələri arasında keçirəcəyi boş vaxtdan maksimum yararlanması üçün nəzərdə tutulub.Azərbaycanın təşkil etdiyi 29-cu tədbirin Yaşıl zonasında  ətraf mühitin mühafizəsi çərçivəsində ölkənin turizm imkanları haqqında daha çox məlumat əldə etmək istəyən turistlər də iştirak edəcək.
 Azərbaycan hökuməti bu tədbirin keçirilməsinin ölkəmizin təkcə iqlim dəyişikliyi ilə mübarizəsini beynəlxalq arenada nümayiş etdirmək imkanı deyil, COP29-un uzunmüddətli turizmin inkişafı üçün katalizator olacağına əmindir.
































Geri