Ana səhifə > Üz səhifə / TGT > 2024-cü ilin COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar ADİU-nun nəzdində Qida Sənayesi Kollecində növbəti tədbir keçirilmişdir.
2024-cü ilin COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar ADİU-nun nəzdində Qida Sənayesi Kollecində növbəti tədbir keçirilmişdir.14-08-2024, 00:44 |
2024-cü ilin COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Dövlət Universitetinin nəzdində Qida Sənayesi Kollecində növbəti tədbir keçirilmişdir. Tədbiri “Kimya, biologiya, ekologiya və sanitar-gigiyena” fənn birləşməsi sədri Günay Seyidova keçirmişdir. Tədbirin məqsədi tələbələrin “COP 29 və ətraf mühitin çirklənməsinin qarşısının alınması” mövzusunda marifləndirilməsi və respublikamızda keçiriləcək bu möhtəşəm tədbiri aşılamaqdır. Mövzunun izahında Günay müəllim COP 29-un keçirilməsi haqqında məlumat verdi. 2015-ci ildə dekabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına üzv ölkələrin 21-ci konfransında Paris Razılaşmasının qəbul olunmasından danışaraq sənədi 171 ölkənin hökumətləri adından dövlət və hökumət rəhbərləri, xarici işlər, ətraf mühit nazirləri imzaladığını qeyd etdi. Bu sənədi 2016–cı ilin aprelində Nyu-Yorkda, Birləşmiş Millətlər Təşkilatının Mənzil Qərargahında Azərbaycan Respublikası Hökuməti adından, keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov imzaladığını söyləyərək COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaq olmaq olduğunun vurğulamışdır. Daha sonra ətraf mühitin keyfiyyətinin normallaşdırılmasından danışılmışdır. Hal hazırda ölkədə suda olan zərəli kimyəvi maddələr üçün 1900 BBQ, 500 BBQ atmosfer havası üçün, 300 BBQ torpaq üçün müəyyən olunmuşdur. BBQ sabit bir kəmiyyət deyil, o daim nəzərəd saxlanılır, qiymət periodik olaraq dəqiqləşdirilir. Müəyyən edilmişdir ki, mineral gübrələr nəzərə alınmadan il ərzində bioaferaya 2milyondan çox maddə buraxılır. Ayrı-ayrılıqda onların qatılığı açağı olsada, ümumilikdə onların mövcud olması BBQ-yə yuxarıda göstərilən təsir effekti yaradır. ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün tədbirlər hər bir müəssisənin, qəsəbənin və şəhərin fərdi xüsusiyyətlərindən asılı olaraq müəyyənləşdirilir və həyata keçirilir. Sonda Günay müəllim ətraf mühitin keyfiyyətini yaxşılaşdırmaq tədbirlərini qeyd etmişdir. 1.Texnoloji-a)Yeni texnologiyaların işlənib hazırlanması; b)Təmizləyici qurğular; c)Yanacağın dəyişdirilməsi; d)İstehsalın, məişətin, nəqliyyatın elektrikləndirilməsi. 2.Memarlıq-a) Yaşayıç məntəqəsi ərazisinin zonalaşdırılması; b) Yaşılllaşdırma; c) Sanitar-mühafizə zonalarının yaradılması. 3.İqtisadi-mühəndis təşkilati- a)Avtomobillərin svetoforun yanında dayandırılma vaxtının azaldılması; b) Yüklənmiş avtomobillərdə hərəkətin intensivliyinin azaldılması. 4.Hüquqi-Ətraf mühitin keyfiyyətinin qorunması üçün qanunvericilik aktlarının hazırlanması. Tədbirin sonunda Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva təşkil etdiyi açıq dərsə görə Günay müəllimə təşəkkür etmiş və komitə adından hədiyyə təqdim etmişdir. Geri |