Ana səhifə > Üz səhifə / TGT > 2024-cü ilin COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar ADİU-nun nəzdində Qida Sənayesi Kolleci tərəfindən növbəti tədbir keçirilmişdir.
2024-cü ilin COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar ADİU-nun nəzdində Qida Sənayesi Kolleci tərəfindən növbəti tədbir keçirilmişdir.17-09-2024, 19:32 |
2024-cü ilin COP29 tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida SənayesiKollecində növbəti tədbir keçirilmişdir. “Kimya, biologiya, ekologiya və sanitar-gigiyena“ fənn birləşmə müəllimi Qumru Məmmədova “Çirklənmiş su mənbələri” adlı açıq dərs keçirmişdir. Qumru Məmmədova suyun həyatın ən vacib ehtiyaclarından biri olduğunu, insanların, heyvanların və bitkilərin həyatı üçün əvəzolunmazlığını qeyd etmişdir. Daha sonra sürətli sənayeləşmə, əhali artımı və qeyri-adekvat idarəetmə nəticəsində su mənbələrinin çirklənməsinin qlobal miqyasda ciddi problemə çevrildiyini vurğulayan müəllim çirklənmiş suyun təkcə ekosistemlər üçün deyil, həm də insan sağlamlığı üçün təhlükə yaratdığını diqqət mərkəzinə çəkmişdir. Dərsin gedişatında hazırlanmış slaydda su mənbələrinin çirklənmə səbəbləri sadlanmışdır: 1. Sənaye tullantıları 2. Kənd təsərrüfatı tullantıları 3. Məişət tullantıları 4. Plastik və bərk tullantılar: Slaydın davamında Qumru müəllim çirklənmiş suyun təsirlərini tələbələrin diqqətinə çatdırmışdır: 1. Ekosistemlərə təsiri; 2. İnsan sağlamlığına təsiri; 3. İqtisadi təsirləri; Çirklənmənin qarşısının alınması yolları da sadalanmışdır: 1. Sənaye tullantılarının idarə edilməsi; 2. Kənd təsərrüfatında ekoloji yanaşmaların tətbiqi; 3. Məişət tullantılarının düzgün idarə edilməsi; 4.Təhsil və maarifləndirmə; Sonda su mənbələrinin çirklənməsi qlobal miqyasda mühüm ekoloji və sosial problem olduğu vurğulanmış və suyun keyfiyyətini qorumaq, təmiz su mənbələrini bərpa etmək və çirklənmənin qarşısını almaq üçün hökumətlər, müəssisələr və cəmiyyət birgə hərəkət etməli olduğu qərarına gəlinmişdir. Yalnız bu yolla gələcək nəsillərə sağlam və yaşanılabilir bir mühit miras qoymaq mümkündür. Geri |