Ana səhifə > Üz səhifə > 27 sentyabr - Anım Günü münasibətilə Nizami rayonunda Vətən müharibəsi şəhidləri memorial kompleksi önündə tədbir keçirilib.

27 sentyabr - Anım Günü münasibətilə Nizami rayonunda Vətən müharibəsi şəhidləri memorial kompleksi önündə tədbir keçirilib.


27-09-2024, 19:21
27 sentyabr - Anım Günü münasibətilə Nizami rayonunda Vətən müharibəsi şəhidləri memorial kompleksi önündə tədbir keçirilib. Tədbirdə qonaqlar, şəhid ailələri, qazilər, idarə və müəssisə rəhbərləri, ictimai təşkilatların nümayəndələri, gənclər və Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Qida Sənayesi Kollecinin əməkdaşları və tələbələri iştirak ediblər.
Öncə Dövlət himni səsləndirilib və şəhidlərin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov çıxış edərək bildiriblər ki, 27 sentyabr hərbi-siyasi gücümüzün, milli ruhumuzun və milli həmrəyliyimizin təntənəsi olan böyük Zəfər qələbəsinin təməlinin qoyulduğu şərəfli bir tarixdir.
Vətən Müharibəsi Qəhrəmanı, şəhid Azad Hümbətovun atası Arif Hümbətov və Vətən müharibəsi qazisi, polkovnik-leytenant Zöhrab Vəliyev çıxış edərək şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Sonra Xatirə Kompleksi önünə əklil və güllər qoyulub.











Geri