Ana səhifə > Üz səhifə / Xəbərlər > 27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi Kollecinin kollektivi kollecin şəhid olmuş tələbələrinin ailələrini ziyarət ediblər

27 sentyabr - Anım Günü münasibətilə Qida Sənayesi Kollecinin kollektivi kollecin şəhid olmuş tələbələrinin ailələrini ziyarət ediblər


27-09-2024, 19:30
27 sentyabr - Anım Günü münasibətilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin kollektivi kollecin şəhid olmuş tələbələrinin ailələrini ziyarət ediblər. Şəhid Kərimli Məhəmmədin ailəsini ziyarət etmək üçün kollecin direktoru Sevinc Həmzəyeva, Mehmanxana və turizm şöbəsinin müdiri Aytən Ağayeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva və kollecin əməkdaşı Ülvi Əzizov Neftçala rayonuna səfər ediblər. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının əməkdaşı Sona Haxıyeva və Elton Həbibov adına 4 nömrəli tam orta məktəbin direktoru Şəfəq Balaşova da görüşdə iştirak ediblər.

Səfər çərçivəsində Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunub və önünə tər güllər düzülüb, daha sonra isə şəhidin ailəsi ziyarət olunub. Ziyarət zamanı direktor Sevinc xanım şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyib. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açan direktor onların hər birinin bir qəhrəman olduğunu və bu gün hər kəsin onlarla fəxr etdiyini, qürur duyduğunu qeyd edib.

Şəhid anası ziyarətə gələnlərə öz təşəkkürünü bildirərək, Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlığını bildirib. Digər çıxış edənlər də ölkə başçısının Anım Gününün respublika səviyyəsində qeyd olunması ilə bağlı imzaladığı müvafiq Sərəncamı şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi olduğunu qeyd ediblər.

Daha sonra Neftçala rayon şəhidlər xiyabanı ziyarət olunub, məzarları üzərinə əklil və tər güllər düzülüb.

Allah şəhidlərimizə rəhmət eləsin!











Geri