Ana səhifə > Üz səhifə > Qida Sənayesi Kollecinin şəhid tələbəsi Əhmədov Səbuhinin məzarı ziyarət olunub.

Qida Sənayesi Kollecinin şəhid tələbəsi Əhmədov Səbuhinin məzarı ziyarət olunub.


1-10-2024, 14:32
Bu gün Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin şəhid tələbəsi Əhmədov Səbuhinin məzarı ziyarət olunub.

Ziyarətdə Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva, Həmkarlar İttifaqı Komitəsinin sədri Samirə Mehdiyeva və kollecin əməkdaşı Ülvi Əzizov iştirak edib. Şəhidin məzarı üzərinə əklil və tər güllər düzülüb.

Səbuhi Əhmədov 21 dekabr 1996-cı ildə Sumqayıtda doğulub. Valideyn himayəsindən məhrum olan Səbuhi Əhmədov "SOS" Uşaq Kəndləri – Azərbaycan” sakini kimi böyüyüb. Səbuhi Azərbaycan Ordusunun giziri olub.

Allah şəhidlərimizə rəhmət eləsin!













Geri