Ana səhifə > Üz səhifə > Qida Sənayesi Kollecində KİMYA EKOLOGİYA fbk müəllimi Sevda Cavadova tərəfindən açıq dərs keçirilmişdir. COP 29

Qida Sənayesi Kollecində KİMYA EKOLOGİYA fbk müəllimi Sevda Cavadova tərəfindən açıq dərs keçirilmişdir. COP 29


14-10-2024, 17:56
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində "Kimya,biologiya,ekologiya və sanitar-gigiyena" fənn birləşmə müəllimi Sevda Cavadova tərəfindən açıq dərs keçirilmişdir. COP 29
Müəllim alternativ enerji termininin təbiətin çirklənməsinin qarşısını almaq məqsədilə işlənən enerji çeşidlərinin xüsusiləşmiş adı olduğunu, elektrik enerji istehsalında EESGES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri olduğunu söyləmişdir. Dərsdə alternativ bitkilərin daha çox gələcəyə yönələn təbii sahə olduğu slaydlarla nümayiş olunmuşdur. Daha sonra müəllim ətraf mühiti çirklənmədən(torpaq, su, hava) qorumaq üçün alternativ quru bitki mənbələrindən istifadə olunmasının məqsədəuyğun olduğunu vurğulamışdır. Alternativ enerji ilə bərabər geotermal enerjidən də danışılmış, geotermal enerjinin yer qabığının müxtəlif dərinliklərində yığılmış isti su, buxar və qazlardan ibarət olduğu tələbələrin və dərsdə iştirak edən müəllimlərin diqqətinə çatdırılmışıdr. Tələbələrin də çıxışları dinlənilmiş, mövzu ətrafında ətraflı müzakirələr aparılmışdır.









Geri