Ana səhifə > Üz səhifə / TGT > “Narkomaniyaya mübarizə” adlı maarifləndirmə və təşviqat xarakterli seminar
“Narkomaniyaya mübarizə” adlı maarifləndirmə və təşviqat xarakterli seminar28-10-2024, 17:00 |
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə və aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecində “Narkomaniyaya mübarizə” adlı maarifləndirmə və təşviqat xarakterli seminar keçirilmişdir. Seminarda kollecin psixoloqi Bəsti Hacıyeva çıxış etmişdir. O narkomaniya haqqında ilkin məlumat verərək narkomanlığın - xroniki intoksikasiya doğuran, narkotik və psixotrop maddələrin istifadəsi nəticəsində yaranan, psixi və fiziki asılılıqla müşayiət olunan xəstəlik olduğunu vurğulamışdır. Narkomaniya xəstələrində narkotiklərin qəbulunun dayandırılması və ya dozanın azaldılmasından bir müddət sonra inkişaf edən fiziki və psixi pozulmalar abstinent sindromuna (lomka) gətirib çıxardığını da söyləyərək tədbirdə iştirak edən gənclərə öz tövsiyyələrini vermişdir. Geri |