Ana səhifə > Üz səhifə / TGT > "Qida Sənayesində innovasiyalar və inkişaf perspektivləri". Qonağı Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti Tahir Əmiraslanov

"Qida Sənayesində innovasiyalar və inkişaf perspektivləri". Qonağı Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti Tahir Əmiraslanov


20-12-2024, 16:14
Bu gün Qida Sənayesi Kollecində tələbələr üçün maraqlı seminar keçirildi. Seminarın qonağı tanınmış mütəxəssis, Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti və milli kulinariyamızın beynəlxalq səviyyədə tanıdılmasında böyük rol oynayan Tahir Əmiraslanov idi.
Seminarın mövzusu: "Qida Sənayesində innovasiyalar və inkişaf perspektivləri"
Tahir müəllim gənclərə qida sənayesindəki karyera imkanlarından, milli qida məhsullarının dünya bazarına çıxışı üçün lazım olan addımlardan və innovativ texnologiyaların tətbiqindən danışdı. Milli mətbəxin həm mədəniyyətimiz, həm də iqtisadi potensialımız üçün əhəmiyyətini vurğuladı.
Bu görüş, yalnız maarifləndirici deyil, eyni zamanda motivasiyaedici bir tədbir oldu. Tahir Əmiraslanovun tövsiyələri tələbələrə öz gələcək planlarında yol göstərdi.
Seminarda iştirak edən hər kəs üçün unudulmaz bir təcrübə yaşandı. Bu cür tədbirlərin qida sənayesinin inkişafına böyük töhfə verdiyinə inanırıq.




















Geri