Ana səhifə > Üz səhifə / TGT > "Təmiz Şəhər"ASC-nin təsərrüfat sahələrindən olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna məlumat turu

"Təmiz Şəhər"ASC-nin təsərrüfat sahələrindən olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna məlumat turu


25-01-2025, 17:00
UNEC-in nəzdində olan Qida Sənaye Kollecinin tələbələri üçün "Təmiz Şəhər"ASC-nin təsərrüfat sahələrindən olan Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna məlumat turu təşkil olunub.

Turda Ətraf mühitin mühafizəsi və bərpası ixtisası üzrə ixtisaslaşan tələbələr və “Kimya, biologiya, ekologiya və sanitar-gigiyena” fənn birləşməsi sədri Günay Seyidova iştirak etmişdir.
Tələbələrə zavodun fəaliyyəti ilə bağlı ətraflə məlumat verilib. Bildirilib ki, müəssisə 4G texnologiyası əsasında Avropanın ən sərt ekoloji norma və tələblərinə uyğun fəaliyyət göstərir. Qeyd olunub ki, zavod il ərzində 500 min ton tullantını termik üsulla zərərsizləşdirmək və bu prosesdən 200 milyon kilovat/saata qədər elektrik enerjisi əldə etmək imkanına malikdir.
Tulantıların düzgün idarə olunması və bu prosesdə hər kəsin rolu olduğu vurğulanıb və tələbələri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.











Geri