Ana səhifə > Üz səhifə / TGT > UNEC Qida Sənayesi Kollecinin Tələbələri Gənclər Günü Münasibətilə Təltif Olundular
UNEC Qida Sənayesi Kollecinin Tələbələri Gənclər Günü Münasibətilə Təltif Olundular3-02-2025, 19:16 |
UNEC nəzdində Qida Sənayesi Kollecinin tələbələri Quliyeva Sevda, Qaraşov İbrahim və İsmayılzadə Ömər 2 fevral - Gənclər günü münasibətilə Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnaməyə layiq görülmüşdür. Kollecin Tələbə Gənclər Təşkilatının sədri Əzizov Ülvi Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən Təşəkkürnamə, ATGTİ tərəfindən Fəxri Fərman, Qərbi Azərbaycan İcması tərəfindən isə gümüş plaket ilə təltif olunmuşdur. Tələbələrimizi təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq! ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri |