Ana səhifə > Üz səhifə / TGT > "Xocalı faciəsi – bizim qan yaddaşımızdır" mövzusunda kollec tələbələri arasında inşa və rəsm müsabiqəsi

"Xocalı faciəsi – bizim qan yaddaşımızdır" mövzusunda kollec tələbələri arasında inşa və rəsm müsabiqəsi


25-02-2025, 15:47
UNEC nəzdində Qida Sənayesi Kollecində "Xocalı faciəsi – bizim qan yaddaşımızdır" mövzusunda kollec tələbələri arasında inşa və rəsm müsabiqəsi keçirilmişdir.

Müsabiqədə Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsini, faciənin dəhşətlərini, şəhidlərimizin qəhrəmanlığını və xalqımızın sarsılmaz iradəsini əks etdirən rəsmlər nümayiş olunmuş, inşalar oxunmuşdur. Sonda müsabiqə iştirakçılarına sertifikatlar təqdim edilmişdir.

Bundan əlavə, tələbələr YAP Nizami rayon təşkilatçılığı ilə keçirilən sərgidə də iştirak edərək sertifikatlar qazanmışlar.

Soyqırım qurbanlarının əziz xatirəsi daim yaddaşımızda yaşayacaq!










Geri