Ana səhifə > Üz səhifə / TGT > “Peşəkar yol: Necə başlamaq və irəliləmək?” mövzusunda təlim xarakterli görüş

“Peşəkar yol: Necə başlamaq və irəliləmək?” mövzusunda təlim xarakterli görüş


Dünən, 21:39
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr üçün təlim xarakterli görüş keçirilmişdir. Tədbirin açılışında Tələbə Gənclər Təşkilatının sədri Əzizov Ülvi çıxış edərək mövzunun tələbələr üçün əhəmiyyətindən bəhs etmiş və onlara gələcək karyeralarında uğurlar arzulamışdır.

Tədbirdə kadrlar üzrə mütəxəssis Hacıyeva Günel “Peşəkar yol: Necə başlamaq və irəliləmək?” mövzusunda təqdimatla çıxış etmişdir. Görüş çərçivəsində karyera inkişafı, uğura gedən yol, CV hazırlanması və digər vacib mövzular müzakirə olunmuşdur.
















Geri