Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçirilib
Qida Sənayesi Kollecində Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçirilib5-04-2025, 20:11 |
Qida Sənayesi Kollecində Aprel döyüşlərinə həsr olunmuş dəyirmi masa keçirilib Qida Sənayesi Kollecində keçirilən dəyirmi masa zamanı tarix müəllimi Rasim Rzaxanov və Firudin Orucov çıxış edərək Aprel döyüşlərinin milli ruhun dirçəlməsindəki rolundan və qəhrəman şəhidlərimizin tariximizdəki əvəzsiz xidmətlərinden bəhs ediblər. Onlar gəncləri bu qəhrəmanlıq nümunələrindən ilhamlanmağa, vətənə daim sədaqətli olmağa çağırıblar. Aprel döyüşləri – Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazılmış şanlı səhifələrdən biridir,” – deyə vurğulanan tədbirdə bu döyüşlərin tarixi əhəmiyyəti, şəhid və qazilərimizin göstərdiyi misilsiz şücaət geniş şəkildə müzakirə olunub. Tədbir iştirakçıları ordumuzun gücünü, xalqımızın birliyini və vətən sevgisini xüsusi qeyd ediblər. Belə tədbirlər milli yaddaşımızın qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Şəhidlərimizi qürurla anırıq! ![]() ![]() ![]() ![]() ![]() Geri |