Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecinin tələbələri Miniatür Kitab Muzeyinə ekskursiya edib və “Söyüdlü arx” əsərini müzakirə ediblər

Qida Sənayesi Kollecinin tələbələri Miniatür Kitab Muzeyinə ekskursiya edib və “Söyüdlü arx” əsərini müzakirə ediblər


23-04-2025, 17:03
Qida Sənayesi Kollecinin tələbələri Miniatür Kitab Muzeyinə ekskursiya edib və “Söyüdlü arx” əsərini müzakirə ediblər

23 Aprel – Ümumdünya Kitab və Müəllif Hüquqları Günü münasibətilə Qida Sənayesi Kollecinin tələbələri kollecdə fəaliyyət göstərən "QSK KÖNÜLLÜLƏRİ" nin təşkilatçılığı ilə Miniatür Kitab Muzeyinə ekskursiya ediblər.

Tədbirin əsas məqsədi gənclərin kitab və oxu mədəniyyətinə marağını artırmaq, eyni zamanda onları ölkəmizin mədəni irsi ilə yaxından tanış etmək olub. Tələbələr muzeydə sərgilənən nadir və orijinal miniatür kitab nümunələrini maraqla izləyib, müxtəlif ölkələrə və dövrlərə aid olan nəşrlərlə tanış olublar. Onlara muzeyin yaranma tarixi, kitabların toplanması prosesi və bu mədəniyyət ocağının dünyanın yeganə Miniatür Kitab Muzeyi olması barədə geniş məlumat verilib.

Ekskursiyadan sonra tələbələr şəhər parklarından birində çəmənlik ərazidə toplaşaraq kollecin kitab klubunun təşəbbüsü ilə İlyas Əfəndiyev- “Söyüdlü arx” əsəri ətrafında müzakirə aparıblar. Tələbələr əsərdəki əsas ideyaları, qəhrəmanların daxili aləmini və müəllifin sosial-mənəvi mesajlarını dəyərləndirərək fikirlərini bölüşüblər. Səmimi və açıq hava şəraitində keçirilən bu müzakirə iştirakçılar üçün həm maarifləndirici, həm də motivasiyaedici olub.

Tələbələr bu cür tədbirlərin onların intellektual inkişafına və mədəni dünyagörüşlərinin genişlənməsinə böyük töhfə verdiyini vurğulayıb, gələcəkdə daha çox belə görüşlərin təşkilini arzuladıqlarını bildiriblər.















Geri