Ana səhifə > Üz səhifə / TGT > "Küləyə qalib gəl" şüarı adı altında növbəti dəfə "Bakı Marafonu - 2025" təşkil edilib

"Küləyə qalib gəl" şüarı adı altında növbəti dəfə "Bakı Marafonu - 2025" təşkil edilib


Dünən, 20:37
"Küləyə qalib gəl" şüarı adı altında növbəti dəfə "Bakı Marafonu - 2025" təşkil edilib

04.05.2025, Bakı

“Küləyə qalib gəl” şüarı altında bu gün Bakı şəhərində beynəlxalq “Bakı Marafonu – 2025” uğurla keçirildi. Yarış bir daha göstərdi ki, Qida Sənayesi Kollecinin tələbələri yalnız təhsil sahəsində deyil, həyatın hər anında fəallıq və iradə nümayiş etdirirlər.

Kolleci təmsil edən tələbələr – TİT-223 (qiyabi) qrupundan Rövşən Xəlilov və İME-123 qrupundan Əli Məhərrəmov marafonu uğurla tamamlayaraq mükafatçılar sırasına düşüblər. Onları bu münasibətlə ürəkdən təbrik edirik!

Bu marafon sübut etdi ki, tələbələrimiz məqsədinə doğru yorulmadan irəliləyən, ruhu güclü, iradəsi möhkəm gənclərdir. Onların əzmi və birliyi bizə inam verir ki, birlikdə hər bir çətinliyin öhdəsindən gələ bilərik.

Yarışda iştirak edən bütün tələbələrimizə təşəkkür edir, gələcək uğurlar arzulayırıq.
Qürur duyuruq – çünki tələbələrimizin uğuru kollecin uğurudur!

















Geri