Ana səhifə > Üz səhifə / TGT > UNEC nəzdində Qida Sənayesi Kolleci tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil olunub

UNEC nəzdində Qida Sənayesi Kolleci tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil olunub


7-04-2025, 18:23
Bu gün UNEC nəzdində Qida Sənayesi Kolleci tərəfindən korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə maarifləndirici tədbir təşkil olunub. Tədbir, şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi və antikorrupsiya dəyərlərinin təşviqi istiqamətində atılan növbəti addım olub.

Tədbirdə Qida Sənayesi Kollecinin direktor müavini Teymuraz Əfəndiyev və TGT sədri Əzizov Ülvi çıxıb ediblər. Çıxışlar zamanı korrupsiyanın cəmiyyətə vurduğu zərərlər, qarşısının alınması yolları və mövcud hüquqi mexanizmlər barədə məlumatlar təqdim olunub.

Tədbir interaktiv müzakirələrlə davam edib və iştirakçılar arasında fikir mübadiləsi aparılıb.






Geri