Ana səhifə > Üz səhifə / TGT > Mənim Hüquqlarım, Mənim Səsim

Mənim Hüquqlarım, Mənim Səsim


Dünən, 12:02

      UNEC nəzdində Qida Sənayesi Kollecində  “İnsan Hüquqları Aylığı” çərçivəsində “Mənim Hüquqlarım, Mənim Səsim” mövzusunda tədbir keçirilmişdir. Kollecin HİK sədri Mehdiyeva Samirə tələbələr qarşısında çıxış edərək bildirmişdir ki, bu mövzu hər birimizin gündəlik həyatında, xüsusilə də gənclərin cəmiyyətdə fəal rol oynamasında mühüm əhəmiyyət kəsb edir.
      Qida Sənayesi Kollecinin Həmkarlar İttifaqı Komitəsinin sədri kimi mən hesab edirəm ki, hər bir vətəndaşın hüquqları onun şəxsiyyətini və cəmiyyətə təsir imkanlarını müəyyən edən əsas sütunlardandır. Hüquqlarını tanıyan insan öz səsini qoruyur, öz düşüncələrini azad ifadə edir və ictimai proseslərdə aktiv iştirak edir.
Bu gün bizim əsas vəzifəmiz təkcə hüquqlarımızı bilmək deyil, eyni zamanda bu hüquqların qorunmasına və müdafiəsinə yönəlmiş addımlar atmaqdır. Təhsil, ifadə azadlığı, könüllü fəaliyyətlərdə iştirak – bunlar gənclərin öz sözünü deməsi üçün mövcud olan imkanlardır və biz bu imkanlardan maksimum istifadə etməliyik.
    "Mənim Səsim" – sadəcə səsvermə hüququ demək deyil. Bu, eyni zamanda öz mövqeyini bildirmək, haqsızlıqlara qarşı çıxmaq, dəyişikliklər üçün təşəbbüslərlə çıxış etmək deməkdir. Biz gənclər olaraq öz hüquqlarımızın keşiyində durduqda, daha güclü, ədalətli və demokratik cəmiyyətin qurulmasına töhfə veririk.
     Sonda qeyd etmək istərdim ki, hər birimizin səsi əhəmiyyətlidir və o səs cəmiyyətin inkişafında mühüm rol oynaya bilər. Hüquqlarınızı bilin, səsinizi qoruyun və onu cəmiyyətin rifahı üçün istifadə edin.
    Tədbirin sonunda
tələbələrin sualları cavablandırılmışdır.






Geri