Ana səhifə > Üz səhifə / TGT > UNEC nəzdində Qida Sənayesi Kollecində Bilik Günü qeyd olundu
UNEC nəzdində Qida Sənayesi Kollecində Bilik Günü qeyd olundu15-09-2025, 11:00 |
UNEC nəzdində Qida Sənayesi Kollecində Bilik Günü qeyd olundu 15 sentyabr – Bilik günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində tədbir keçirilib. İlk dərs günündə kollecin rəhbərliyi və müəllim heyəti tələbələrlə bir araya gəlib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru Sevinc xanım Həmzəyeva yeni tədris ilinin başlanması münasibətilə bütün tələbə və müəllimləri təbrik edib, xüsusilə də ilk dəfə kollecin tələbə adını qazanan gənclərə uğurlar arzulayıb. Daha sonra tədris işləri üzrə direktor müavini Teymuraz Əfəndiyev, tərbiyə işləri üzrə direktor müavini Aytən Ağayeva və digər əməkdaşlar çıxış edərək, təhsil prosesində gənclərin üzərinə düşən məsuliyyətdən, kollecdə yaradılmış imkanlardan və qarşıdakı hədəflərdən danışaraq tələbələri elmə, savada, vətənpərvərliyə, həmçinin kollecin ictimai həyatında fəal iştirak etməyə çağırıblar. Tədbir səmimi və ruh yüksəkliyi şəraitində davam edib. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri |