Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa
Qida Sənayesi Kollecində Dövlət Suverenliyi Gününə həsr olunmuş dəyirmi masa19-09-2025, 11:52 |
20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə UNEC nəzdində Qida Sənayesi Kollecində dəyirmi masa təşkil olundu. Tədbirdə müəllim və tələbələr dövlətimizin müstəqillik yolunda keçdiyi tarixi mərhələləri müzakirə edərək, suverenliyin milli kimliyimiz üçün nə qədər əhəmiyyətli olduğunu vurğuladılar. Tələbələr gənc nəsil olaraq onlara düşən əsas vəzifənin bu dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq olduğunu qeyd etdilər.![]() ![]() ![]() ![]() Geri |