Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecində Vətən müharibəsi qaziləri ilə görüş keçirildi.

Qida Sənayesi Kollecində Vətən müharibəsi qaziləri ilə görüş keçirildi.


6-11-2025, 19:42
[media=https://youtube.com/shorts/zovY4rn2aUg?feature=share]

UNEC nəzdində Qida Sənayesi Kollecində Vətən müharibəsi qaziləri ilə görüş keçirildi.
Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirmək, qəhrəman qazilərimizin döyüş yolunu və göstərdikləri şücaəti gənc nəslə örnək kimi təqdim etmək idi.
Görüş zamanı qazilər öz xatirələrini bölüşərək müharibə dövründə yaşadıqları çətinliklərdən və qazandıqları qələbədən danışdılar. Daha sonra tələbələr tərəfindən hazırlanan şeirlər, videoçarxlar və musiqilər nümayiş olundu.
Sonda qazilərə minnətdarlıq ifadə edildi və onlara kollektiv adından təşəkkürnamələr təqdim olundu.



Geri