Ana səhifə > Üz səhifə / TGT > Qida Kolleci Zəfər Gününün 5-ci ildönümündə birlik və qürurla

Qida Kolleci Zəfər Gününün 5-ci ildönümündə birlik və qürurla


6-11-2025, 14:00
Bu gün Nizami Rayon İcra Hakimiyyəti və YAP Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə millət vəkillərinin, geniş rayon ictimaiyyətinin, şəhid ailələrinin, qazilərin və gənclərin iştirakı ilə "Şanlı Zəfər – milli qürurumuzun təntənəsi" adlı ümumrayon tədbirində iştirak etdik.

Bu tarixi günün birliyinin iştirakçısı olmaq bizim üçün qürurdur. Gənclərimiz arasında vətənpərvərlik ruhunun yaşadılması və Zəfər tariximizin əhəmiyyətinin dəyərləndirilməsi daim diqqətimizdədir.

https://www.facebook.com/100064330764226/posts/1238516428302704/?rdid=zOPbz5HbHjGuOUvc









Geri