Ana səhifə > Üz səhifə / TGT > Nizami rayonunda YAP-ın 33 illiyi qeyd olundu – Kollec nümayəndələri mükafatlandırıldı

Nizami rayonunda YAP-ın 33 illiyi qeyd olundu – Kollec nümayəndələri mükafatlandırıldı


Dünən, 17:00
Nizami rayonunda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33-cü ildönümü münasibətilə “Yeni Azərbaycan Partiyası – dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində partiyanın Nizami rayon təşkilatının gənclər siyasətinin inkişafına, gənclərin milli-vətənpərvərlik ruhunda yetişdirilməsinə verdiyi töhfələrə, eləcə də təşkilatın ictimai-siyasi həyatında fəal iştirakına görə mükafatlar təqdim olunub.

Mükafat alanlar sırasında ADİU-nun nəzdində fəaliyyət göstərən Qida Sənayesi Kollecinin direktoru Sevinc Həmzəyeva və kollecimizin fəal tələbələri də yer alıb. Onlara bu münasibətlə təşəkkürnamə və sertifikatlar təqdim edilib.

Bu mükafatlar həm kollec rəhbərliyinin, həm də tələbələrimizin gənclər siyasətinə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi deməkdir və onların gələcək fəaliyyətinə mühüm stimul verir.

Göstərilən dəyərli diqqət və dəstəyə görə kollec rəhbərliyi adından Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatına dərin təşəkkürümüzü bildiririk.












Geri