Ana səhifə > Üz səhifə / TGT > “Korrupsiya və onun qarşısının alınması yolları” mövzusunda dəyirmi masa
“Korrupsiya və onun qarşısının alınması yolları” mövzusunda dəyirmi masaDünən, 14:03 |
|
Kollecin hüquq müəllimi Məmmədova Xatirə tərəfindən “Korrupsiya və onun qarşısının alınması yolları” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Tədbirin məqsədi tələbələrdə hüquqi maarifləndirməni artırmaq, korrupsiyanın cəmiyyətə vurduğu mənfi təsirlər barədə məlumatlandırmaq və şəffaf, ədalətli mühitin formalaşmasına dəstək olmaq idi. Məmmədova Xatirə korrupsiyanın növləri, qanunvericilikdə nəzərdə tutulan məsuliyyət və korrupsiya halları ilə rastlaşdıqda hansı addımların atılması barədə geniş izah vermişdir. Tələbələr mövzu ilə bağlı suallarını ünvanlamış, problemlərin həlli yolları müzakirə edilmişdir. ![]() ![]() ![]() ![]() ![]() ![]() ![]() Geri |