Ana səhifə > Üz səhifə / TGT > “İnsan hüquqları və onların qorunması” mövzusunda təlim

“İnsan hüquqları və onların qorunması” mövzusunda təlim


21-11-2025, 15:54
ADIU-nun nəzdində Qida Sənayesi Kollecinin hüquq müəllimi Aytən Paşa tərəfindən tələbələrin hüquqi maarifləndirilməsi məqsədilə “İnsan hüquqları və onların qorunması” mövzusunda təlim təşkil olunub. Təlim zamanı tələbələrə insan hüquqlarının mahiyyəti, əsas prinsipləri, hüquqi təminatlar, eləcə də hüquq pozuntuları zamanı müraciət mexanizmləri barədə geniş məlumat verilib.

Aytən xanım tələbələrin suallarını cavablandıraraq insan hüquqlarının gündəlik həyatda tətbiqi, şəxsi sərhədlərin tanınması və zorakılığın qarşısının alınması kimi vacib mövzulara da toxunub. Təlim interaktiv formatda keçirilib və tələbələrin fəal iştirakı ilə davam edib.









Geri