Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecinində tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu.
Qida Sənayesi Kollecinində tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu.10-12-2025, 12:48 |
|
ADIU-nun nəzdində Qida Sənayesi Kollecinin Hüquq müəlliməsi Aytən Paşa tərəfindən tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu. Təlim zamanı insan alverinin mahiyyəti, risk qrupları, məcburi əmək və istismar formaları, eləcə də insan alveri halları ilə üzləşdikdə müraciət edilə biləcək qurumlar haqqında məlumat verildi Və tələbələrə təhlükəli situasiyaların tanınması, özünüqoruma bacarıqları, sosial şəbəkələrdə risklər və manipulyasiya üsulları barədə praktiki nümunələrlə izahlar təqdim olundu. Təlim interaktiv formada aparıldı və tələbələrin fəal iştirakı ilə davam etdirildi. Tədbirin əsas məqsədi gənclərin maarifləndirilməsi, təhlükəli hallardan qorunma bacarıqlarının artırılması və insan alverinə qarşı ictimai həssaslığın gücləndirilməsi oldu. Qida Sənayesi Kollecinində tələbələrin maarifləndirilməsi məqsədilə “İnsan alverinə qarşı mübarizə və təhlükəsizlik tədbirləri” mövzusunda təlim təşkil olundu. ![]() ![]() ![]() ![]() Geri |