Ana səhifə > Üz səhifə / TGT > Qida Sənayesi Kollecinə yeni direktor müavini təyin olunub

Qida Sənayesi Kollecinə yeni direktor müavini təyin olunub


Dünən, 12:55
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə İsmayıl Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

İsmayıl Məmmədov bakalavr təhsilini Bakı Dövlət Universitetində “Regionşünaslıq” ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili və idarə edilməsi (Maliyyə)” ixtisası üzrə almışdır. Müxtəlif illərdə bir neçə özəl şirkətdə və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun Kadrlar şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, son təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetində Karyera planlaşdırılması və inkişafı kafedrasında müəllim kimi fəaliyyət göstərib.

Geri