Ana səhifə > Üz səhifə / TGT > İnsan Alverinə Qarşı Mübarizə Sahəsində Keçirilən Maarifləndirmə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Sorğu

İnsan Alverinə Qarşı Mübarizə Sahəsində Keçirilən Maarifləndirmə Tədbirlərinin Qiymətləndirilməsi üzrə Sorğu


2-02-2026, 15:00
ADIU -nun nəzdində Qida Sənayesi Kollecinin psixoloqu Bəsti Hacıyeva tərəfimdən"İnsan alverinə qarşı mübarizə "sahəsində həyata keçirilən bütün maarifləndirmə tədbirləri və təlimlərin effektivliyinin artırılması məqsədilə bu tədbirlərin nəticələrinin həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən qiymətləndirilməsi təcrübəsi tətbiq olunmağa başlanmışdır.
Əldə olunan nəticələr əsasında tədbirlərin güclü və inkişaf etdirilməli tərəfləri müəyyən edilir, gələcək maarifləndirmə və təlim proqramları iştirakçı ehtiyaclarına uyğunlaşdırılır və psixoloji-sosial təsir imkanları genişləndirilir.
Bu qiymətləndirmə təcrübəsinin tətbiqi insan alverinə qarşı mübarizə tədbirlərinin davamlı təkmilləşdirilməsinə, resurslardan daha səmərəli istifadəyə, eləcə də maarifləndirmə fəaliyyətlərinin real təsir gücünün artırılmasına xidmət edir.












Geri